Yuxarı

İş adamları seçim qarşısında: idxal, yoxsa?..

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İş adamları seçim qarşısında: idxal, yoxsa?..

İdxala tətbiq edilən yeni rüsumlardan sonra qiymət müstəvisində xaricdən gətirilən məhsullar eyniadlı yerli istehsal məhsulları ilə rəqabət apara bilməyəcəklər.

Bu sözləri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov uzun illər ərzaq məhsullarının Azərbaycana idxalı ilə məşğul olmuş iş adamlarının seçim qarşısında qalması, indi həmin məhsulları xaricdən idxal etmək, yoxsa onların yerli istehsalını təşkil etməyin daha sərfəli olub-olmaması məsələsini Axar.az-a şərh edərkən deyib.

İqtisadçıya görə, xaricdən gətirilən ərzaq məhsullarına idxal rüsumları artırıldıqdan sonra, bu seçim, heç şübhəsiz, yerli istehsalı təşkil etməyin xeyrinə olacaq. Çünkü idxala tətbiq edilən yeni rüsumlardan sonra qiymət müstəvisində xaricdən gətirilən məhsullar eyniadlı yerli istehsal məhsulları ilə rəqabət apara bilməyəcəklər:

"Deməli, nəticə etibarilə indiyə qədər idxalla məşğul olan iş adamları da üzlərini yerli istehsala tutacaqlar. Qərarın qəbulundan sonra xaricdən gətirilən və ya komponentləri xaricdən gətirilərək bizdə istehsal olunan bəzi məhsulların qiymətlərində müəyyən artımların olması mümkündür. Aydın məsələdir ki, hər bir iş adamının başlıca məqsədi mənfəət əldə etməkdir. Lakin unutmaq lazım deyil ki, yerli istehsala dövlətin verdiyi bu dəstəkdən sonra, qısa zaman kəsiyində biz daxili istehsal hesabına əksər ərzaq məhsulları ilə özümüzü tam təmin edə biləcəyik. Yerli xammal əsasında istehsal ediləcək məhsulların qiymətləri isə kifayət qədər aşağı olacaq. Çünki məhsul bolluğu sağlam rəqabət yarada biləcək. Bu halda isə bazar özü ən normal sayılan qiymətləri formalaşdıracaq və təbii ki, onlar indikindən aşağı olacaq".

F.Yusifov onu da diqqətə çatdırdı ki, bütün bunları nəzərə alan istehsal və ticarətlə məşğul olan iş adamları yerli istehsal məhsullarının qiymətlərinin qaldırılmasına yol verməməlidir. Çünki idxala tətbiq edilən rüsumların yerli xammaldan istehsal olunan məhsula heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, bu günlərdə ölkə ərazisinə gətirilən bir çox ərzaq məhsullarının gömrük idxal vergilərinin artırılmasına dair qərar qəbul edildi. Bu qərarın qəbul edilməsində başlıca məqsəd, məhz, xaricdən gətirilən eyni məhsulların yerli istehsalını stimullaşdırmaqdır.

Tarix
2016.10.25 / 08:15
Müəllif
Şəfiqə Səfa
Digər xəbərlər

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

Azərbaycan-Türkmənistan əməkdaşlığı... - Depuat

Prezidentlərin Şuşa gəzintisindən - Video

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı

Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür

Baş nazirdən yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla