Yuxarı

Araqların pərakəndə satışının minimum qiymətləri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araqların pərakəndə satışının minimum qiymətləri...

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində əhalinin sağlamlığının və istehlakçı hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə normativ-hüquqi baza təkmilləşdirilir, beynəlxalq təcrübəyə uyğun tənzimləmə mexanizmləri tətbiq olunur.

Alkoqollu içkilərin pərakəndə satışına nəzarət bu baxımdan xüsusi önəm kəsb edir.

Axar.az xəbər verir ki, bu istiqamətdə İqtisadiyyat Nazirliyinin Kollegiyasının iclasında qablaşdırma həcmlərinə uyğun olaraq, yerli və idxal olunan qeyri-meyvə arağının pərakəndə satışının minimum qiymətləri təsdiq olunub. Minimum qiymət qeyri-meyvə arağının ən aşağı satış qiymətidir. Qanunla qeyri-meyvə arağı bu qiymətdən ucuz satıla bilməz.

Minimum qiymətin tətbiqində məqsəd ucuz qiymətə satılan, sağlamlığa daha çox zərərli olan və istehlakçılar tərəfindən daha çox istifadə edilən aşağı keyfiyyətli spirtli içkilərin az istifadə olunmasına nail olmaqdır. Həmçinin, minimum qiymətlərin tətbiqi alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətini artıracaq və ixracını genişləndirəcək, əlavə maliyyə vəsaitinin formalaşması hesabına keyfiyyətli məhsul istehsalını təşviq edəcək, dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin daha effektiv aparılmasına şərait yaradacaq.

Minimum qiymət siyasəti ilə bağlı daha öncədən iri araq istehsalçıları ilə müzakirələr aparılıb, yerli istehsalçılar tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilən müvafiq məlumatlar araşdırılıb, monitorinqlər aparılıb.

Alkoqollu içkilərin minimum pərakəndə satış qiymətlərinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunun tətbiqi haqqında 27 yanvar 2025-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin "Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Qərarına uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Bu sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılıb.

İnzibati Xətalar Məcəlləsinin 455-1-ci maddəsinə əsasən pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə edilir.

Qərar 24 noyabr 2025-ci il tarixdən qüvvəyə minir.

Qeyri-meyvə arağının pərakəndə satışının minimum qiymətləri aşağıdakı kimi təsdiq edilib:

Tarix
2025.10.24 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Putin İlham Əliyevə zəng etdi

Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

"Səhər" Bakını ittiham etdi: Uşaq qatillərinə xidmət edir...

İşləyənlərin hesabına işsizlərin müalicəsi dövrü bitir?

Bakı Yaxın Şərqin yeni əsas oyunçusudur - "Avrasiyanet"

Xəzər dənizi ilə bağlı qorxunc proqnoz

Sahibə Qafarova Simonyanla görüşündən danışdı

Rusiyadan Zəngəzur açıqlaması

Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Milli Məclisin növbəti plenar iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla