Yuxarı

Azərbaycanlı avtoritet Rusiyada həbsxanada öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı avtoritet Rusiyada həbsxanada öldü - Foto

Kriminal aləmin azərbaycanlı nümayəndəsi "Bek Şəmkirli" ləqəbli Babək Həsənov Rusiyada vəfat edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Babək Həsənov uzun illərdir saxlanıldığı Moskva şəhərindəki cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

Məlumata görə, onun azadlığa çıxmasına üç aydan az vaxt qalıbmış.

Ölüm səbəbi ilə bağlı bir-birindən fərqli versiyalar irəli sürülür.

Yaxınlarının iddiasına əsasən, Babək Həsənov zəhərlənərək öldürülüb. Bek Şəmkirlinin meyiti artıq Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayonunda dəfn olunub.

Qeyd edək ki, Babək Həsənov kriminal aləmdə böyük nüfuza malik şəxslərdən biri sayılıb. Onun qardaşları - Həsən və Cəbi Həsənovlar da eyni çevrəyə yaxın fiqurlardır. Qardaşlardan Cəbi hazırda Rusiyada həbsxanada cəza çəkir.

Həsənov qardaşlarının adı bir neçə kriminal hadisədə hallanıb. Sonuncu dəfə şəmkirli iş adamı Toğrul Tağıyevin Moskvada güllələnərək qətlə yetirilməsi hadisəsində onların adları çəkilirdi.

Məlumata görə, Həsənov qardaşları ilə mərhum Toğrul Tağıyev arasında uzun müddət davam edən şəxsi ədavət mövcud olub.

Tarix
2025.10.24 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan

Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun

Putin İlham Əliyevə zəng etdi

Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

"Səhər" Bakını ittiham etdi: Uşaq qatillərinə xidmət edir...

İşləyənlərin hesabına işsizlərin müalicəsi dövrü bitir?

Bakı Yaxın Şərqin yeni əsas oyunçusudur - "Avrasiyanet"

Xəzər dənizi ilə bağlı qorxunc proqnoz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla