Yuxarı

Ankaradan təklif: Bakı necə reaksiya verəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankaradan təklif: Bakı necə reaksiya verəcək?

Türk lirəsinin dəyərsizləşməsi dünya bazarında ABŞ dollarının möhkəmlənməsi ilə əlaqədar olsa da, Türkiyə iqtisadiyyatında da lirənin ucuzlaşmasını təmin edən fundamental amillər var.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək təklifini şərh edən iqtisadçı Rəşad Həsənov deyib. Ekspert Türkiyədə lirənin ucuzlaşmasına qarşı atılan preventiv addımların davamlı olacağına ümidli deyil:

“Türkiyənin dollardan imtina etməsi ölkə vətəndaşları üçün və biznesdə ciddi müsbət nəticələrə səbəb olmayacaq. Bu kimi çağırışlar əvvəlki dövrlərdə də baş verib və hətta bununla bağlı müxtəlif dünya ölkələri arasında ikitərəfli sazişlər mövcuddur. İran, Rusiya, Çin də zaman-zaman belə mövqe sərgiləyib. Təcrübələrin təhlili göstərir ki, bu kimi yanaşmalar effekt vermir, çünki bir çox biznes və vətəndaşın maraqlarına uyğun olmur. Yəni bu gün türkiyəli sahibkar Rusiya ilə ticarət əlaqəsində bu ölkəyə satdığı məhsullardan rubl alır, yaxud da rusiyalı sahibkar eyni formada lirə alır. Hər iki ölkənin milli valyutalarında dalğalanmalar var, əgər sahibkar əlində olan valyutanın 20-23 faiz dəyərsizləşməsini müşahidə edərsə, növbəti dəfə bu addımı atmayacaq. Ona görə də düşünmürəm ki, bu konsepsiya uzun müddət gündəmdə qalsın”.

İqtisadçı bu gün dollar, avro və funt sterlinqin möhkəm olmasını sözügedən dönərli valyutaların arxasında güclü iqtisadiyyatların və dayanıqlı inkişafın durması ilə izah edib.

Türkiyənin Azərbaycanla da ticarət dövriyyəsini milli valyutalara keçirmək məsələsinə gəlincə, R.Həsənovun sözlərinə görə, Azərbaycan Türkiyə ilə strateji tərəfdaşdır və bu baxımdan müsbət cavab mümkündür:

“Ancaq azərbaycanlı və türkiyəli sahibkarların da bu məsələdə mövqeyi olduqca mühümdür. Bunun davamlı və dayanıqlı olması hər halda sahibkarların davranışınlarından asılıdır”.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə dolların bahalaşmasına cavab olaraq əhalini bu valyutadan imtina etməyə çağırıb. Türkiyə prezidenti Rusiya, İran və Çinlə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib.

Ankara həmçinin Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə də danışıqlara başlayıb.

Ərdoğanın müraciəti isə artıq nəticə verib və dollar Türkiyədə ucuzlaşıb.

Tarix
2016.12.09 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

Şövkət Mirziyayev Azərbaycanda sevilir – İlham Əliyev

Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov

Azərbaycan Mərkəzi Asiya üçün tranzit platforması yaradır

Tokayevdən Azərbaycan açıqlaması: Tarixi qərar qəbul edildi...

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Bakı və Ankaranın həmrəyliyi bu düyünü açacaq - Ekspert

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla