Yuxarı

İlham Əliyev onlara müraciət ünvanladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb.

Axar.az müraciətin mətnini təqdim edir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşündə səmimi-qəlbdən salamlayıram.

Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər etmişdir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Türk dünyası bütün dövrlərdə dahi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin vətəni olmuşdur. Xalqlarımızın zəngin elmi və mədəni irsi, böyük insan kapitalı və artan innovasiya potensialı TDT çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi formalaşması və sıx qarşılıqlı fəaliyyət üçün imkanlar yaradır. Bu xüsusda, müvafiq qurumların rəhbərlərinin görüşlərinin təşkili təqdirəlayiq haldır. Ötən il Bişkek şəhərində keçirilmiş ilk görüş bu sahədə atılmış əhəmiyyətli addım idi.

Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir. Bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, habelə süni intellektin tətbiqinin genişləndirilməsi sahəsində elmi tədqiqatların və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır. Azərbaycanda əqli mülkiyyət hüququnun əsasları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuş və sonrakı illərdə daha da təkmilləşdirilmişdir.

Əminəm ki, Bakı görüşü zamanı aparılacaq müzakirələr, irəli sürüləcək təşəbbüslər əqli mülkiyyət institutları arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, Türk dünyasının qlobal rəqabətdə geri qalmamasının təmin edilməsi məqsədilə hərtərəfli inkişaf üçün əlverişli mühitin formalaşmasına töhfə verəcəkdir.

Tədbirin işinə uğurlar arzulayıram".

Tarix
2026.10.12 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla