Yuxarı

Bir sıra vəzifəli şəxslər cəzalandırıldı – Müşavirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir sıra vəzifəli şəxslər cəzalandırıldı – Müşavirə

Xəzər Rayon İcra Hakimiyyətində rayon ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, küçə və prospektlərdə mövcud nöqsanların aradan qaldırılmasının vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, müşavirədə rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd olunan sahələrdə görülən işləri, eləcə də rayonun ümumi memarlıq və estetik görünüşünə xələl gətirən, qəzalı tikililərin vəziyyətini təhlil edib, mövcud nöqsanlar barədə danışaraq aidiyyəti rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

Yol verilən nöqsanlara və ərazilərə nəzarətin zəif təmin edildiyinə görə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə isə xəbərdarlıq edilib.

Eyni zamanda, rayonun digər qəsəbələrinin nümayəndələrinə də öz fəaliyyətlərində daha tələbkar olmaları, aşkar edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, ərazilərdə abadlıq və təmizlik işlərinin vəziyyətinə nəzarətin gücləndirilməsi, eləcə də gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi qəti şəkildə tapşırılıb.

Tarix
2026.10.12 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla