Yuxarı

Tramp Putinlə bacarmadığı üçün bizə təzyiq edir - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Putinlə bacarmadığı üçün bizə təzyiq edir - Zelenski

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini dayandırmağın yolunu tapa bilmədiyi üçün Ukraynaya təzyiq göstərir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “ABC Nyus” telekanalına müsahibəsində deyib.

"Bu insanlar Putini necə dayandırmağın yolunu tapa bilmirlər. Çünki Putini dayandırmaq başqalarına təzyiq göstərməkdən daha çətindir. Çünki (dizel yanacağının) qiymətlərdən danışmaq və bunu Ukrayna ilə əlaqələndirmək daha asandır. Dünyada hamı başa düşür ki, neftin və neft məhsullarının qiymətləri Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadaya alınması səbəbindən artıb",- o bildirib.

Zelenski ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşmanı niyə “Putinə hədiyyə” adlandırdığını da izah edib:

"Bu razılaşma Putinə pul qazandırır, o isə həmin pulları yalnız bu müharibəyə xərcləyir. Bizi, uşaqlarımızı öldürmək üçün. Onun bu müharibəyə xərcləmək üçün çoxlu pulu var”.

Tarix
2026.10.12 / 09:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla