Yuxarı

Kapital yenə ABŞ-a axacaq – FES qərarı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital yenə ABŞ-a axacaq – FES qərarı

FES-in son qərarı qısa və orta müddətli dövrdə dünya valyuta bazarında dolların hökmranlığının davam etməsinə, eləcə də xammal bazarında xüsusilə neft və digər enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bu sözləri FES-in uçot dərəcəsinin artırılması ilə bağlı qərarını şərh edərkən iqtisadçı Qubad İbadoğlu deyib. Ekspert FES-in qərarının dünya bazarlarında şərtləndirəcəyi dəyişikliklərini qeyd edib:

“FES-in son qərarı qısa və orta müddətli dövrdə dünya valyuta bazarında dolların hökmranlığının davam etməsinə, eləcə də xammal bazarında, xüsusilə də neft və digər enerji daşıyıcılaırnın qiymətlərinin ucuzlaşmasına səbəb olacaq. Həmçinin ABŞ mənşəli dövlət və korporativ qiymətli kağızlara sərmayə qoyuşuluşları artıracaq və nəticədə kapitalın hərəkəti yenidən ABŞ-a doğru istiqamətlənəcək”.

FES-in son qərarının Azərbaycan iqtisadiyyatına psixoloji təsirlərinin iqtisadi təsirlərindən çox olacağını bildirən iqtisadçının sözlərinə görə, bunu artıq bu gün valyuta bazarlarında qərarlaşmış durum da təsdiq edir:

“Hazırda Azərbaycan banklarının böyük əksəriyyəti dollar satışını dayandırıb. Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşması Azərbaycanın qeyri-neft, neftin qiymətinin ucuzlaşması isə bütövlükdə ixracata mənfi təsir göstərəcək. Dövlət Neft Fondunun aktivlərinin 47,6 faizinin dollarla saxlanılması və sərmayələrinin 24,1 faizinin ABŞ-da yerləşməsi məzənnə fərqinə və digər göstəricilərə müsbət, aktivlərin yerdə qalan hissəsinin digər valyutalarda və cografiyalarda olması isə mənfi təsirləri olacaq”.

Tarix
2016.12.16 / 09:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

Bu, Hacıyev üçün çox çətindir – Ermənilər anlamalıdır!

Azərbaycanda bizə dedilər ki... - Minasyan

Hörmüz blokadaya alınsa, İran nələr itirəcək?

Magyar elə Orbanın öz layihəsidir – Dosyeyə baxın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla