Yuxarı

Maliyyə Nazirliyindən siyasi partiyalara xəbərdarlıq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatları və siyasi partiyalara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprelin 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub "(Trend)".

Tarix
2014.03.31 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla