Yuxarı

Bu bankda ixtisarlar başladı: bir departament ləğv olundu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bankda ixtisarlar başladı: bir departament ləğv olundu

Azərbaycan Beynəlxalq Bankında mövcud iqtisadi çətinliklər əsas gətirilərək əməkdaşların kütləvi ixtisarına başlanılıb.

Bu barədə Missiya.az-a Bankın şimal bölgəsindəki şöbələrindən birinin əməkdaşı məlumat verib.

Məlumata görə, proses bir neçə gündür ki, başlayıb və getdikcə daha da sürətli hal alır.

“Filial və şöbələrin əməkdaşları baş ofisə çağrılır və orada onlara bankın üzləşdiyi çətinliklər izah olunur və açıq şəkildə bildirilir ki, əmək müqavilələrinə xitam vermək məcburiyyəti yaranıb. Bu isə, bildiyiniz kimi, ölkə qanunvericiliyinə ziddir. Ştat ləğv olunmayıb, strukturda hər hansı dəyişiklik baş verməyib, müqavilə şərtləri pozulmayıb və deməli müqavilələrə xitam verilməsi tamamilə qanunsuzdur. Ümumi sözlərlə “vəziyyət pisdir” kimi izahlar vermək və əməkdaşlardan bunu normal qəbul edərək işdən çıxarılmaları barədə könüllü şəkildə ərizə yazmalarını tələb etmək tamamilə qanuna zidd davranışdır”– deyən mənbə, bankın hər filial və şöbəsindən 2-3 nəfərin “ixtisara” salınacağını və onların artıq baş ofisə dəvət olunduqlarını da bildirib.

Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli Təhlükəsizlik Departamentinin ləğvi barədə deyilənləri təkzib edib.

İxtisarlara gəlincə isə,Y.Cəfərli bunları bildirib: "Bankda hər hansı kütləvi ixtisar aparılmır. Sadəcə olaraq işçilərdən müəyyən qisminin əmək müqaviləsinin müddəti başa çatıb və onlardan bir neçəsi ilə yeni əmək müqaviləsi bağlanmayıb".

Tarix
2017.03.01 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla