Yuxarı

Novruzda işləyəcək bankların - Siyahısı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruzda işləyəcək bankların  - Siyahısı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) istehlakçıların Novruz bayramı ərəfəsində və bayram günlərində bank xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdə davam edir.

Axar.az xəbər verir ki, palatanın tövsiyyəsi ilə Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günlərində 30-a yaxın bankın 100-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Novruz bayrami ilə əlaqədar olaraq, ölkəmizə əhəmiyyətli turist axının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə etmişdir.

7 bankın Bakı və Qəbələdə yerləşən 16 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Astara, Şəki, Xaçmaz və Naxçıvan şəhərlərində yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bəzi turizm və ticarət obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılmışdır.

Həmçinin, xüsusi broşur dərc edilərək Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm şirkətlərinə və mehmanxalara paylanılacaq.

O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər: Koordinatorlar:

Azər Quluyev: [email protected]

Rövşən Məmmədli; [email protected]

Tel: 493-50-58 (dax:300);

18-26 mart tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış olmaq olar.

Tarix
2017.03.14 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla