Yuxarı

Putin "sürpriz" hazırlayır: Bu ölkələrə hücum... - General

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin "sürpriz" hazırlayır: Bu ölkələrə hücum... - General

Yaxın vaxtlarda Rusiya yeni təxribat və ya hərbi əməliyyata əl ata bilər. Potensial istiqamətlər arasında Finlandiya, Baltikyanı ölkələr, Norveçin şimalı, Moldova və Ukrayna ola bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan generalı, NATO Birləşmiş Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Uesli Klark deyib.

O vurğulayıb ki, hazırkı dövr NATO və ABŞ üçün son dərəcə ciddi mərhələdir. Xüsusilə, NATO üzvü olan dövlətə hücum ediləcəyi təqdirdə Vaşinqton buna reaksiya verməyə borcludur:

“ABŞ-ın NATO çərçivəsində iştirak etmək və NATO üzvü olan ölkəyə qarşı hər hansı hücuma lazımi şəkildə cavab vermək öhdəliyi var. ABŞ-ın həmçinin Ukraynanın sərhədlərini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqla bağlı mənəvi, yazılı şəkildə rəsmiləşdirilməmiş öhdəliyi də var”.

Onun fikrincə, artıq yaxın vaxtlarda bu öhdəliklər ciddi sınağa çəkilə bilər:

“Düşünürəm ki, yaxın dövrdə öhdəliklərimiz sınaqdan keçiriləcək. Görünür, Putin hansısa “sürpriz” hazırlayır. Bu, sentyabrın sonunda, oktyabrda və ya daha sonra baş verə bilər”.

General Rusiyanın vəziyyəti gərginləşdirməyə cəhd göstərə biləcəyi bir neçə mümkün istiqaməti də sadalayıb:

“Bu, Norveçə qarşı ola bilər. Norveçin şimal sərhədləri yaxınlığında Rusiyanın əhəmiyyətli hərbi aktivliyi müşahidə olunur. Bu, Finlandiyaya və ya Baltikyanı ölkələrə qarşı ola bilər. Kalininqradı Belarusla birləşdirmək cəhdi ola bilər. Dnestryanı bölgədə, Moldovada və ya yenidən Ukraynada hansısa addım atıla bilər”.

Tarix
2026.09.13 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla