Yuxarı

Bakı neftdən asılılığı azaldacaq - Fransa mediası

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı neftdən asılılığı azaldacaq - Fransa mediası

Fransanın məşhur “L’Opinion” qəzetində müxbir Klod Leblanın “Azərbaycan özünü İpək Yolunun “5 ulduzlu qovşağı kimi görür” sərlövhəli məqaləsi dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə bildirilir: Asiya ilə Avropanın kəsişməsində yerləşən Bakı şəhəri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə ticarətin inkişafında aparıcı rola malik olmaq niyyətindədir. Qeyd edilir ki, Ələt qəsəbəsində inşa edilən yeni dəniz limanı Azərbaycan hökumətinin bu istiqamətdə atdığı ilk addımdır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun fikirlərinə istinad edən müəllif yazır ki, Bakının Ələt qəsəbəsində yaradılacaq Azad Ticarət Zonasına xarici investorlar tərəfindən maraq böyükdür və bu təşəbbüsün uğurla həyata keçirilməsi ölkənin neftdən asılılığını azaltmağa imkan verəcək.

Azərbaycan hökumətinin regional dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsi üçün fəal iş apardığını vurğulayan K.Leblan Bakı-Tbilisi-Qars və Astara-Rəşt (İran) dəmir yolu layihələri haqqında da məlumat verir. Bildirilir ki, Bakı-Tbilisi-Qars layihəsi yaxın vaxtlarda başa çatacaq. Azərbaycan hökumətinin maliyyələşdirilməsinə 500 milyon dollar vəsait ayırdığı Astara-Rəşt dəmiryolu xətti isə Şimal-Cənub dəhlizinin bir hissəsini təşkil edir.

Tarix
2017.03.14 / 23:16
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla