Yuxarı

BRİCS liderləri bir arada: Dünya bankı yaranır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BRİCS liderləri bir arada: Dünya bankı yaranır

Dünyanın ən sürətlə inkişaf edən beş iqtisadiyyatına malik Braziliya, Çin, Rusiya, Hindistan və Cənubi Afrikanı bir araya gətirən BRİCS liderləri görüşüb.

Axar.az xəbər verir ki, Braziliyanın Fortaleza şəhərində reallaşan və üç gün davam edəcək toplantıda əvvəllər də müzakirə mövzusu olan "Ortaq inkişaf bankı"nın yaradılması haqqında danışıqlar aparılacaq.

BRİCS təşkilatının şah damarı sayılan bu layihə, üzv ölkələrin iqtisadiyyatının şaxələndirilməsi və qarşılıqlı əlaqələrin sürətləndirilməsini nəzərdə tutur. Eyni zamanda yaradılacaq bankın BRİCS ölkələrinin maliyyə sistemini tənzimləyəcək orqan olaraq investisiya planlarını həyata keçirməsində böyük rol oynayacağı bildirilir.

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankına alternativ görülən BRİCS İnkişaf Bankının əsas vəzifəsi üzv ölkələri investisiya kreditləri ilə təmin etməkdir.

Qeyd edək ki, digər tərəfdən qurulacaq bank, birliyə üzv ölkələr arasında ticarətin asanlaşdırılması məqsədi ilə yerli pul vahidləri ilə əməliyyatların reallaşmasına da imkan verəcək. Beş ölkənin ortaq və bərabər iştirakı ilə quracağı bankın başlanğıc sərmayəsinin 50 milyard dollar olacağı və ayrıca olaraq 100 milyard dollar ehtiyat fond yaradılacağı planlaşdırılır.

BRİCS nədir?

Bildirək ki, BRİCS hazırda inkişaf etməkdə olan, lakin son on ildə sənaye istehsalında yüksək sürətlə inkişaf edən dünyanın ən böyük beş ölkəsinin yaratdığı iqtisadi birlikdir.

Braziliya, Çin, Hindistan, Rusiya və Cənubi Afrikanın yer aldığı BRİCS ilk dəfə 2001-ci ildə ingilis iqtisadçı Jim O'Nil tərəfindən ortaya atılıb. Cənubi Afrikanın 2010-ci ildə daxil olduğu birlik üçün ilk beynəlxalq addım 2006-ci ildə sözügedən ölkələrin BMT-də Birlik formasında iştirakı oldu.

Bu tarixdən etibarən beynəlxalq və diplomatik bir quruluşda qəbul edilən BRİCS adı altında hər il bir araya gələn liderlər ortaq inkişaf üçün müxtəlif fikirlər səsləndirir.

İqtisadçı ekspertlərin apardığı araşdırmalara görə, 2050-ci ilə qədər ümumi ölçü üzrə qrup ölkələrinin iqtisadiyyatı dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək.

Tarix
2014.07.15 / 12:35
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla