Yuxarı

Kredit reytinqinin 6 faydası - Qasımlı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb və proqnoz "neqativ"dən "stabil"ə yüksəldilərək "BB+" səviyyəsində təsdiq olunub.

Axar.az xəbər verir ki, bu məsələnin əhəmiyyətini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərtac-a bildirib ki, kredit reytinqinin yüksəldilməsi Dünya Bankı, Davos Dünya İqtisadi Forumu və ABŞ-ın İrs Fondunun son hesabatlarında Azərbaycanın mövqeyinin yaxşılaşması ilə səsləşir: "Artıq dünyanın reytinq tərtib edən bütün mötəbər qurumları Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların real nəticələrini qəbul edir və Azərbaycanı MDB-də ən islahatçı ölkə kimi təsbit edirlər".

V.Qasımlı qeyd edib ki, son iki ildə iki kredit reytinq agentliyi "Standard & Poor's" və "Fitch" Azərbaycanın kredit reytinqini yüksəldib. Dünyada Azərbaycan iqtisadiyyatına inam sürətlə güclənir. Kredit reytinqinin yüksəlməsinin aşağıdakı istiqamətdə faydaları olacaq: Azərbaycan dövlətinin xarici borclanması üçün daha əlverişli şərtlər formalaşır. "Standard & Poor's" Azərbaycana BB+ stabil kredit reytinqi verib, "Moody's"un Azərbaycana verdiyi kredit reytinqi "Ba2" stabildir və "Fitch" Azərbaycanın kredit reytinqini "BB+" stabilə yüksəldib. Kredit reytinqi suveren fondlar, pensiya fondları və digər investorlar tərəfindən Azərbaycanın tədiyə qabiliyyətini ölçmək üçün yaxşı imkandır. Başqa sözlə desək, kredit reytinqi ölkənin borclanma xərcini müəyyənləşdirən başlıca amillərdəndir. Kredit reytinqi artdıqca ölkənin xarici borclanması zamanı şərtlər də (məsələn, borcun faizi aşağı düşür və s.) yumşalır. İkincisi, yüksək kredit reytinqi tədiyə balansına, xüsusilə kapitalın hərəkəti balansına müsbət təsir edir, çünki ölkəyə vəsait axını stimullaşır və əksinə ölkədən vəsaitin çıxarılması tormozlanır. Üçüncüsü, Azərbaycan dövləti və şirkətlərimiz beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarını genişləndirirlər. Dördüncüsü, manatın sabitliyinin qorunması üçün daha yüksək kredit reytinqi əlverişli şərait yaradır. Təsadüfi deyil ki, "Fitch"in proqnozuna görə, Azərbaycan manatının dollara nisbətdə məzənnəsi növbəti iki il ərzində 1,7 manat səviyyəsində qalacaq. Beşincisi, kredit reytinqi yüksəldikcə qiymətli kağızlar bazarı da inkişaf edir. Altıncısı, kredit reytinqi Azərbaycandakı özəlləşdirmədə xarici investorların iştirakını sürətləndirəcək".

Onun sözlərinə görə "Fitch" beynəlxalq reytinq agentliyinin Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozunu yüksəltməsi bir daha 2018-ci ilin Azərbaycanda iqtisadi inkişaf ili olacağı barədə Prezident İlham Əliyevin fikrini təsdiqləyir.

Hər üç nüfuzlu agentliyin Azərbaycanın kredit reytinqini demək olar ki, eyni səviyyədə təsdiq etməsini şərh edərkən Vüsal Qasımlı deyib:

-Hər üç agentliyin verdiyi reytinq neqativdən stabilə dəyişdirilib. Neqativ perspektivdə reytinqin azalma ehtimalının olduğunu bildirdiyi halda, stabil reytinq bu ehtimalı azaldır və reytinqin artma ehtimalının da olduğunu göstərir. Beləliklə, hər üç agentlik Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı daha nikbin kredit reytinqi müəyyənləşdirib.

-Adətən bu kredit reytinq agentliklərindən birinin verdiyi reytinq digərləri tərəfindən də təsdiq olunanda investor rəyinə daha da əhəmiyyətli təsir göstərir. Bu baxımdan Azərbaycanın kredit reytinqi hər üç agentlik tərəfindən eyni dərəcədə qiymətləndirildiyindən investorlarda inamı gücləndirir.

-Azərbaycan Qazaxıstan və Rusiya ilə birlikdə MDB məkanında kredit reytinqi ən yüksək olan ölkədir. Azərbaycanın kredit reytinqləri hətta Türkiyə ilə müqayisədə daha yaxşı vəziyyətdədir. Nəzərə alsaq ki, Qazaxıstan və Rusiya daha aşağı kredit reytinqi olan ölkələrlə birlikdə eyni iqtisadi zonanın üzvləridir, Azərbaycan faktiki olaraq yerləşdiyi bölgədə ən cəlbedici kredit reytinqinə malik ölkədir. Bu isə investorların diqqətindən yayına bilməz.

-Azərbaycan növbəti dəfə kredit reytinqini investisiya dərəcəsinə yüksəltmək imkanına malikdir.

İİTKM-in icraçı direktoru əlavə edib ki, məşhur "Trading Economics" saytı hər üç agentliyin verdiyi kredit reytinqlərini, həmçinin iqtisadi göstəricilər və maliyyə bazarlarını nəzərə almaqla 100 ballıq şkala ilə ölkələrin kredit reytinqlərini tərtib edib. Azərbaycan bu reytinqdə MDB-də Qazaxıstanla eyni kateqoriyada liderlik edir, BRICS ölkələrindən isə Rusiya, Braziliya, Hindistan və Cənubi Afrika Respublikasını geridə qoyur: "Trading Economics"in hazırladığı cədvəldə Azərbaycanın daxil olduğu aşağı orta kredit reytinqi qrupuna ölkəmizlə yanaşı İtaliya, Polşa, İslandiya, Litva və Malayziya kimi dövlətlər daxildir".

Artıq maliyyə-bank sektorunda da ilkin müsbət trendlər hiss olunur: "Manatın sabitliyi, inflyasiyanın getdikcə səngiməsi, dollarlaşmanın azalması, bankların mənfəətinin artması, kapital inyeksiyaları və s. maliyyə-bank sektorunda aparılan islahatların nəticə verdiyini göstərir ki, bu da kredit reytinqimizə müsbət təsir göstərir".

"Prezident İlham Əliyevin liderliyi ilə iqtisadiyyatda yeni artım nöqtələrinin (qeyri-neft sənayesi, aqrar və xidmət sahələrində) tapılması, infrastruktur quruculuğunun davam etdirilməsi, transkontinental nəqliyyat-logistika və enerji layihələrində ölkənin liderliyinin qorunması, sabitlik və iqtisadi islahatların dönməz xarakteri milli iqtisadiyyatın dayanıqlı inkişafında yeni səhifə açıb. Prezident İlham Əliyevin arxitektoru olduğu yeni iqtisadi model dünya üçün bir nümunədir", - deyə İİTKM-in icraçı direktoru vurğulayıb.

Tarix
2018.02.05 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla