İqtisadçı alim Vüqar Bayramov Dünya İqtisadi Forumunun
son qlobal rəqabətlilik hesabatını şərh edir.
Axar.az xəbər verir ki, Dünya İqtisadi Forumunun son Qlobal
Rəqabətlilik Hesabatına görə, Azərbaycan 144 dövlət arasında 38-ci
yeri tutub, MDB məkanında ən yüksək nəticə göstərib. 7 mümkün
xaldan 4,53 xal toplayan Azərbaycan keçənilki göstərici ilə
müqayisədə 1 pillə irəliləyib.
Azərbaycanın bu indeksə görə MDB ölkələri arasında yenə də
birincı olması sevindirici olmaqla yanaşı, eyni zamanda ölkəmizin
artan iqtisadi gücünü göstərir. Hesabatdan görünür ki, MDB ölkələri
arasında Azərbaycana ən yaxın olan ölkəni bizdən 12 bal ayırır.
Qazaxıstan 50-ci yerlə ilk əliliyə daxil olan ikinci dövlətdir.
Ermənistan isə 85-ci yerlə hesabatın sonlarında gəlir.
Hesabatın metodologiyasına əsasən, ölkələr üzrə
rəqabətqabiliyyətlik indeksi 3 əsas kateqoriya üzrə aparılır.
Birinci kateqoriya üzrə əsas tələblər nəzərə alınılır. Bu
kateqoriyada ölkəmizdə fəaliyyət göstərən institutların vəziyyəti,
infrastruktur, makro-iqtisadi mühit və orta təhsil və səhiyyə üzrə
qiymətləndirmələr aparılır. Qeyd edim ki, son hesabatda Azərbaycan
makroiqtisadi mühitə görə dünya ölkələri arasında 9-cu sıradadır.
Praktik olaraq bu Azərbaycanın makro-iqtisadi mühit söviyyəsin
görə, dünyada ilk onluğa daxil olduğundan xəbər verir.
Makroiqtisadi mühitin kəskin yaxşılaşması ölkəmizdə son aparılan
makro-iqtisadi islahatlar o cümlədən electron hökumətin
elementlərinin tətbiq edilməsi ilə bağlıdır. Proseduraların
elektronlaşdırılması iqtisadi idarəetmənin səmərəliliyini
artırmaqla yanaşı, eyni zamanda ölkədə şəffaflığın genişlənməsinə
gətirib çıxarıb. Səhiyyə kateqoriyasına daxil edilən indikatorların
əksəriyyəti üzrə də Azərbaycan ilk onluğa daxil ola bilmişdir.
Qiymətləndirmədə ikinci qrup indikatorlar səmərəlilik üzrə
təsnifləşdirilib. Bu qrup üzrə ali təhsilin keyfiyyəti daxil
olmaqla, bazarın ölçüsü, maliyyə bazarının inkişafı kimi
indikatorlardan istifadə edilib. Bu qrup üzrə də Azərbaycanın
mövqeyində kəskin irəlləyişlər müşahidə edilib. Sonuncu qrup isə
innovasiya səviyyəsinin qiymətləndirilməsidir ki, bura da ölkəmizin
mövqeyi yüksək sıralardadır.
Hesabatın təhlili göstərir ki, Azəbaycan bir sıra indikatorlar
üzrə dünyada ilk yerlərdən birini tutur. Məsələn, biznesə başlamaq
indikatoruna görə Azərbaycan dünyanın bütün ölkələri üzrə ilk
onluğa daxil olur. İnflyasiya səviyyəsinə görə, Azərbaycan dünyada
liderdir və başqa bütün ölkələri qabaqlayır. Rezervrləin Ümumi
Daxili Məhsuldakı payına görə, Azərbaycan dünyada 9-cu yerdədir. Bu
isə məhz Azərbaycan iqtisadiyyatında artıq sığorta yastığının
formalaşdırıldığından və ölkəmizdə dayanıqlı inkişafın təmin
olunduğundan xəbər verir. Digər tərəfdən, xarici borcun ÜDM-də
payına görə ölkəmiz dünyada 12-cidir. Biz, bu kateqoriya üzrə
nəinki inkişaf etməkdə olan hətta əksər inkişaf etmiş ölkələri də
geridə qoymuşuq. Deməli, bir tərəfdən Azərbaycanın valyuta
rezervləri artır, digər tərəfdən isə xarici borcun ÜDM-də payı
minimuma enir. Bu isə o deməkdir ki, Azərbaycan gələcəkdə baş verə
biləcək hər hansı qlobal böhranların təsirindən indidən
sığortalanıb. Qeyd edim ki, xarici borcum ölkəmizin ÜDM-də payı
cəmi 8 faizdir. Digər əhəmiyyətli məqam dövlət gəlirlərinin ÜDM-də
payına görə ölkəmizin ilk on beşliyə daxil olmasıdır. Bu isə
ölkənin gəlirlərinin stabil və daimi artıdığından xəbər verir.
Beynəlxalq qiymətləndirmə göstərir ki, ölkəmizdə son illər ciddi
insitutsional inkişaf qeydə alınmışdır. Belə ki, Azərbaycan biznes
xərcinə görə dünyada ən yaxşı onluğa daxil ola bilib. İnvestorların
hüquqlarının müdafiəsi sahəsində biz bir sıra inkişaf etmiş
ölkələri geridə qoyaraq dünya dövlətləri arasında 22-ci yerə
yüksələ bilmişik.
Sənəddən görsənir ki, Azərbaycan son illər gender
iqtsiadiyyatında da ciddi uğurlara imza ata bilmişdir. Belə ki,
ölkəmiz işçi qüvvəsində qadınların xüsusi çəkisinə görə dünya
ölkələri arasında ilk iyirmiliyə daxil ola bilmişdir. Bu isə,
müstəqiliyini sadəcə 20 ildən bir az artıq müddət öncə bərpa etmiş
əhalisi əsasən müsəlman olan dövlət üçün kifayət qədər böyük
uğurdur.
Hesabatda əhəmiyytli məqamlardan biri Azərbaycanda məhsuldarlıq
səviyyəsinin yüksək olmasıdır. Belə ki, dünyanın əksər ölkələrinin
bu sahədəki ciddi rəqabətinə baxmayaraq Azərbaycan bu kateqoriya
üzrə ilk 35-ə daxil olub. Azərbaycan bu kateqoriya üzrə dünya
ölkələri arasında 34-cü yerdədir. İxtisaslı kadrlarn cəlb edilməsi
imkanlarına görə də hesabatda 34-cü yerdə qərarlaşmışıq ki, bu da
region ölkələri arasında ən yaxşı, dünyada isə ən yaxşılarından
olduğumuzu göstərir.
Hesabat hazırnana zaman hə iş adamları arasında 100-dən artıq
sualdan ibarət olan sorğu keçirildiyini və Dünya İqtisadi Forumu
müxtəlif mənbələrə, məsələn, beynəlxalq təşkilatların hesabatlarına
istinad etdiyini nəzərə alsaq sənədin ciddiliyini qiymətləndirmək
çətin olmaz. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq
hesabatlarda liderliyini qoruyub saxlayir və gələcəkdə də ölkəmizin
mövqeyi dəyişməyəcək.