Yuxarı

Rusiya güzəştə getdi: “Qış paketi” razılaşdırıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya güzəştə getdi: “Qış paketi” razılaşdırıldı

Rusiya və Ukrayna arasında yaşanan təbii qaz böhranında razılaşma əldə olunub.

Axar.az xəbər verir ki, Ukrayna bundan sonra min kub metr üçün Rusiyaya 385 dollar ödəyəcək. Bu ilin sonuna kimi Rusiyaya olan borcunu tam şəkildə qaytaracağını deyən Ukrayna bununla da aylarla yaşanan qaz böhranında istədiyinə nail olub.

"Qazprom" verdiyi açıqlamada Berlində üçtərəfli danışıqlar zamanı problemin həll olunduğunu bildirib. "Qış paketi" adlanan razılığa görə, Ukrayna hər min kubmetr üçün tələb olunan 485 dollar deyil, 385 dolar ödəyəcək. Avropa İttifaqının Enerji məsələləri üzrə komissarı Günter Ottinger verdiyi açıqlamada tərəflərin "Qış paketi" razılaşmasına toxunaraq, Ukraynanın oktyabrın sonuna qədər 2 milyard dollar, 2014-cü ilin sonuna qədər isə 1,1 milyard dollar olmaqla bu ilin sonuna kimi 3,3 milyard dollar borcunu ödəyəcəyini açıqlayıb.

Müvəqqəti müqavilənin 2015-ci ilin martına qədər qüvvədə olacağını deyən Ottinger tərəflər arasında əldə olunan bu razılaşmanın hökumətlər tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəyini qeyd edib.

Rusiya Enerji naziri Aleksandr Novak da razılaşmaya münasibət bildirib. Min kubmetr üçün 100 dollar endirim etdiklərini və bu rəqəmin 6 aylıq bir müddət üçün etibarlı olduğunu deyən nazir Rusiyanın geri çəkilmədiyini bildirib. Onun sözlərinə görə, mart ayından sonra yeni qiymətlər barədə müzakirələr başlayacaq.

Tarix
2014.09.27 / 23:50
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla