Yuxarı

İran Avropa bazarında Bakıya başağrısı olmayacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İranın Avropa bazarına girməsi belə, Azərbaycan üçün hər hansı alternativ yaratmır".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov İrana qarşı sanksiyaların ləğv edilməsindən sonra onun Avropa bazarına çıxması məsələsini şərh edərkən söyləyib.

O, İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinin heç də Tehrana Qərbin müsbət münasibət bəsləməsi kimi anşılmamalı olduğunu deyib:

"İrana qarşı sanksiyaların aradan qaldırılması regionda oyun qaydalarının dəyişməsindən xəbər verir. Faktiki olaraq İrana qarşı sanksiyaların aradan qaldırılması, əslində, Rusiyanın Qərbin birmənalı şəkildə hədəfinə çevrilməsidir. Bu, həmçinin, İran nefti və qazının Avropa bazarına daxil olması deməkdir. Bazara daxil olan enerji resursların həcmi artacaq və nəticə etibarilə dünya bazarında qiymət azalmalarının sürətini artıracaq. İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi heç də Tehrana olan sevgidən deyil, birbaşa Moskvaya doğan nifrətin artmasından xəbər verir. İranın Avropa bazarına girməsi belə, Azərbaycan üçün hər hansı alternativ yaratmır. Çünki bazar böyükdür. Burada əsas məqsəd Rusiyanı bazardan çıxarmaqdır. Rusiya Avropa bazarına il ərzində təxminən 150 milyard kub metrdən artıq mavi qaz çıxardır və söhbət həmin o 150 milyard kub metr sahənin dondurulmasından gedir. Abşeron yatağı istifadəyə verildikdən sonra Azərbaycan Avropaya 40 milyard kub metrdən çox mavi qaz çıxara bilər. Bu baxımdan 100 milyardlıq kub metrdən artıq sahədə boş yer var. İran həmin o boş sahədə oynayacaq. Tehran artıq Bakı ilə eyni ərazidə oynamayacaq".

Tarix
2014.10.12 / 12:50
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla