Yuxarı

“Kapital Bank” “Uşaqların internet təhlükəsizliyi” layihəsində

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank”, sosial yönümlü fəaliyyətinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində yaradılan “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramına (kidsafe) dəstək göstərib. Layihə əsasında uşaqların internetdən daha təhlükəsiz istifadə etməsi üçün xüsusi tətbiq hazırlanıb, istifadəyə verilib.

Axar.az xəbər verir ki, bu münasibətlə 1 noyabr 2018-ci il tarixində Kapital Bank ilə Dövlət Komitəsi arasında memorandum imzalandı. İmzalanma mərasimində “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak edib.

“Son illər rəqəmsallaşma tendensiyaya çevrilib və hamı bu istiqamətdə müəyyən işlər görür. Amma bu zaman uşaqların təhlükəsiz internetdən istifadəsini də unutmamalıyıq. Bunu nəzərə alıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Uşaqların təhlükəsiz interneti” layihəsində iştirak etdik. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, həmçinin onların daxil olduğu elektron səhifələr və sorğular barədə valideynlərin məlumatlandırılmasına xidmət edir. Hesab edirəm ki, sadalanan problemlərin aradan qaldırılması, uşaqların inkişafına və təhsilinə müsbət təsir göstərəcək”, - deyə, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, yeni tətbiqi www.kidsafe.az saytından yükləmək olar. Uşaqların proqramdan istifadəsi zamanı keylogger sistemi işə düşəcək və onların daxil olduqları vebsaytlar, proqramlar, həmçinin digər məlumatlar qeyd edilərək, valideynə ötürüləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2018.11.02 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Nikola tay deyil, Putin gəlsin - Gevondyan

Ermənistan “qırmızı xətlər"ə hörmət etdiyini deyir – Arakçı

Tramp 907-ci maddənin fəaliyyətini dayandırdı - Foto

Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs

Overçuk Zəngəzura görə İrəvana gəlir

Ukraynaya növbəti humanitar yardım göndərildi

İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi

Ermənistanda missiyamız davam edəcək - AB

İran dayanmır: Növbəti Zəngəzur açıqlaması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla