Yuxarı

Bakıda eyni vaxtda 3 böyük sərgi keçirilir - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda eyni vaxtda 3 böyük sərgi keçirilir - Foto

Oktyabrın 22-25-ə qədər "Baku Expo Center"də 20-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild-2014), 7-ci Xəzər Beynəlxalq "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" ("CIPS Caspian 2014") və AQUA-THERM BAKU – HVAC sərgisi keçirilir.

Axar.az xəbər verir ki, "BakuBuild-2014"də 29 ölkədən 500-dən çox aparıcı inşaat şirkəti iştirak edir. Eyni vaxtda baş tutan "CIPS Caspian 2014" sərgisində isə 10-dan artıq ölkənin müxtəliş şirkətləri qatılıb. Onlar təhlükəsizliyin təminatı üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə sistemləri, qəza-xilasetmə texnikası, informasiya mühafizəsi üzrə vasitələr, ID-texnologiyalar, turniketlər və bir çox digər məhsullar nümayiş etdiriləcək.

"Yanğın təhlükəsizliyinin təmin olunması sistemləri" sektorunda mütəxəssislərə tanınmış yanğın təhlükəsizliyi sistemləri, yanğın və mühafizə siqnalizasiyası, duman detektorları, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar, duman zamanı vizual görüntü üçün termal kameralar, qoruyucu eynəklər və bir sıra digər məhsullar təklif edir.

15-ə yaxın dövlətin iştirak etdiyi "AQUA-THERM BAKU" – HVAC sərgisində 78 şirkət təmsil olunub.

İştirakçılar "Aqua-Therm Baku" sərgisini bazarın öyrənilməsi, biznesin inkişaf etdirilməsi, distribütorların müəyyənləşdirilməsi və regionda mövqelərin möhkəmləndirilməsi üçün ən yaxşı meydança hesab ediblər.

Tarix
2014.10.23 / 18:23
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla