Yuxarı

Dollara tələb artdı: NF satışı və yığımı çoxaldır…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollara tələb artdı: NF satışı və yığımı çoxaldır…

Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4% çoxdur:

“Belə ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satmışdı. Göründüyü kimi, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub. Dollara tələbin artmasının əsas səbəbləri nədir? Öncədən proqnozlaşdırdığımız kimi dövlət xərclərinin artması dollara tələbi yüksəldir. Bu ilin yanvarından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 30 faiz çoxdur. Adətən yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi. Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir. Məhz bunun nəticəsidir ki, dollara tələbin yüksəlməsinə baxmayaraq, bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb. Çünki daha çox biznesin dollara olan tələbi ödənilib”.

İqtisadçı bildirib ki, neft bazarındakı kəskin sıçrayışlar fonunda da xüsusən yanvar ayında dollar yığımlarının artması müşahidə olunub:

“Bütövlükdə, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyini nəzərə alsaq, bu il dollara tələbin yüksək olacağı gözlənilir. Bununla belə, məzənnənin necə dəyişəcəyi yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Tarix
2019.03.14 / 11:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

Hesablama Palatasının iclası keçirildi - Yeni qərarlar

Peşə-əmək Reabilitasiyası Mərkəzinə neçə nəfər qəbul edilib?

Diqqət: ADY yay qrafikinə keçir...

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla