Yuxarı

ABB rəhbərliyi Türkiyədə səfərdə olub

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB rəhbərliyi Türkiyədə səfərdə olub

Azərbaycan Beynəlxalq Bankının rəhbərliyindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Axar.az xəbər verir ki onlar Türkiyənin aparıcı maliyyə qurumlarından Türkiyə İş Bankası və QNB Finansbank-ın rəhbər heyəti ilə görüşlər keçiriblər. Türkiyə bankları ilə təcrübə mübadiləsinin aparılması Azərbaycan Beynəlxalq Bankının yeni İnkişaf Strategiyasının hazırlanması layihəsi çərçivəsindədir. Məlum olduğu kimi, bu ilin əvvəlindən bankın növbəti üç il üzrə strateji inkişaf planının hazırlanması üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkəti ilə birlikdə iş gedir. Burada xarici bankların, xüsusilə qonşu ölkələrdən Türkiyə və Rusiya banklarının müxtəlif seqmentlər üzrə əldə etdiyi mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi mühüm yer tutur.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov səfərin kifayət qədər uğurla keçdiyini bildirib: “Həm Türkiyə İş Bankası, həm də QNB Finansbank Türkiyənin və ümumilikdə regionun iqtisadi həyatında mühüm rol oynayan maliyyə institutlarıdır. Rəqəmsal bankçılıq, İT transformasiya, qabaqcıl risk menecment təcrübəsi və real sektora təqdim olunan innovativ maliyyə alətləri istiqamətində banklarla maraqlı müzakirələrimiz oldu. Keçirdiyimiz görüşlər, əldə edilən təcrübə Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti üçün, inanırıq ki, çox faydalı olacaq”.

Abbas İbrahimov xarici banklarla, o cümlədən Türkiyə bankları ilə əlaqələrin bundan sonra daha da genişləndiriləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə banklarına yüksək nəticələr qazandırmış bir sıra uğurlu yanaşmalar, innovativ texnologiyalar bazarın xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Beynəlxalq Bankının strategiya layihəsində də nəzərə alınacaq və gələcək fəaliyyətində tətbiq ediləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2019.03.18 / 17:24
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla