Yuxarı

Bakıya Vaşinqtonla əməkdaşlıq etmək lazımdır - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya Vaşinqtonla əməkdaşlıq etmək lazımdır - Ekspert

OPEK və qeyri-OPEK ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının Bakıda keçirilməsi Azərbaycan üçün müsbət haldır, çünki OPEK dünya neft bazarında əsas oyunçudur.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.

A.Oxrimenko bildirib ki, Azərbaycan dövlətinin OPEK+ formatının hazırlanmasında təşəbbüsü və iştirakı ölkə üçün müsbət amildir:

"Hələ ki, OPEK dünya neft bazarında əsas oyunçudur və orada əsas rolu Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri oynayır. Lakin dünya dəyişir. Əgər əvvəllər ABŞ neftin əsas alıcısı idisə, indi dünyada enerji resurslarının əsas satıcısına çevrilir. Faktiki olaraq ABŞ OPEK ilə rəqabət aparır və istisna olunmur ki, gələcəkdə belə mürəkkəb şəraitdə OPEK-in dünya neft bazarında rolu azalacaq. Ona görə də mən hətta OPEK-in yenilənməsini istisna etməzdim".

Ekspert hesab edir ki, Azərbaycana yaranmış vəziyyətdə həm ABŞ, həm də OPEK ilə daha sıx əməkdaşlıq etmək lazımdır.

Onun fikrincə, Azərbaycan həm OPEK-in, həm ABŞ-ın, həm də sərt rəqabətin olacağı yeni neft bazarında özünə yer tapmalıdır.

Tarix
2019.03.21 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla