Yuxarı

SOCAR Rusiyada məşhur zavodu və neft yataqlarını alır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR Rusiyada məşhur zavodu və neft yataqlarını alır

SOCAR Denis Mazurova məxsus “Antipinsk” neft emalı zavodu və “Nyu Stream Qrup”un neft yataqlarını ala bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb. Məlumata görə, SOCAR-ın almaq istədiyi neft yataqları Orenburq vilayətində yerləşir.

Azərbaycan kompaniyasının Rusiya şirkətinin neft yataqları və neft emalı zavodunun 100% aktivini alması üçün simvolik qiymət ödəyəcəyi, amma bununla bərabər “Nyu Strim Qrup”un 3 milyardlıq borcunu öz üzərinə götürəcəyi qeyd edilib.

Qəzetin mənbəsi anlaşmanın başlanğıc mərhələdə olduğunu desə də, artıq prinsipial razılaşmanın əldə olunduğunu və ilin sonuna qədər yekun müqavilənin imzalanacağının gözlənildiyini bildirib.

Qeyd edək ki, Tümendə yerləşən Antipinsk neft emalı zavodunun satışına əsas səbəb onun maliyyə problemləri və borcları olub. Bu borclar ucbatından “Sberbank” “Nyu Strim Qrup” şirkətinə öz menecerlərini göndərərək, onun əsas səhmlərinə nəzarəti ələ alıb və zavodun aktivlərinin satılması üçün müştərilər axtarmağa başlayıb.

“Nyu Strim Qrup” Dmitri Mazurov tərəfindən təsis edilib. Qrupun tərkibində yer alan “Antipinsk” neft emalı zavodunun istehsal gücü 9 milyon tondur. 2016-cı ildə bu zavod Rusiyanın 200 böyük özəl müəssisəsi arasında gəlir həcminə görə 43-cü yeri tutub.

Zavodun səhmlərinin 80%-i Dmitri Mazurova, 20-i isə Rusiya Prezidenti Vladimir Putinin kurs yoldaşı Nikolay Yeqorova məxsusdur. Bu zavoda əsas dəstəyi Tümenin keçmiş, Moskvanın hazırkı meri Sergey Sobyanin göstərib.

Tarix
2019.04.05 / 10:41
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla