Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Oktyabr 2019


3 türk dövlətinin nazirləri bir arada - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 19-da İstanbulda Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığına dair üçtərəfli görüş keçirilib. İclasda Türkiyəni energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Türkmənistanı isə “Türkməngeologiya” Dövlət Korporasiyasının sədri Şahım Abdrahmanov təmsil edib.

Energetika Nazirliyindən Axar.az-a bildiriblər ki, görüşdə ölkələr arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın enerji sahəsində uğurlarından bəhs edən energetika naziri Pərviz Şahbazov deyib ki, bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır: “Bu strategiyanın töhfələri olan “Əsrin müqaviləsi”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və “STAR” neft emalı zavodu layihələri həm də Azərbaycan-Türkiyə enerji əməkdaşlığının ölkələrimizə iqtisadi mənfəətlər və regionda siyasi üstünlüklər qazandıran nəticələridir. Ötən il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 6,3 milyon ton türkmən mənşəli neftin nəqli də göstərir ki, bu layihələr bütövlükdə region ölkələrinin mənafeyinə xidmət edir.”

Nazir ötən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Türkmənistana səfərinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini xüsusi qeyd edib. “Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan arasında dostluğa, səmərəli əməkdaşlığa əsaslanan münasibətlər yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Bugünkü görüş mövcud ikitərəfli enerji əməkdaşlığı üçtərəfli formatda inkişaf etdirməyə, Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı modelinin yaradılmasına, hər üç ölkənin böyük imkanlarını reallaşdırmağa töhfə verəcək”, - deyə nazir vurğulayıb.

Görüşdə indiyə kimi Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirləri səviyyəsində keçirilən ardıcıl görüşlər, qəbul edilmiş sənədlər, ortaq regional maraqlar, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Böyük İpək Yolunun bərpası kimi layihələrin üçtərəfli formatda əməkdaşlıq üçün güclü baza formalaşdırdığı qeyd edilib, bu formatın enerji sahəsində inkişafı perspektivləri nəzərdən keçirilib.

Sonda görüşün yekunlarına dair Birgə Bəyannamə imzalanıb. Sənəddə mövcud əməkdaşlığı bərpaolunan enerji, enerji səmərəliliyi, yaşıl texnologiyalar, təcrübə mübadiləsi sahələrinədək genişləndirmək, hər üç ölkənin neft-qaz sənayesində, enerji sektorunda çalışan şirkətləri, elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin gücləndirilməsi, sərgi, konfrans və seminarların keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

Tədbir çərçivəsində Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında ikitərəfli görüş də olub.

Tarix
2019.04.19 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İcmal büdcədə 7,6 milyard artıqlıq yarandı

2019-cu ilin gəlirləri açıqlandı

Ekspertdən pensiya təklifi: “ABŞ modeli”nə keçək

Kapital Bank UNEC-də “Karyera Günü” keçirib

Azərbaycanda daha bir zavod inşa edilir

Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Birjalarda neftin son qiyməti

Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik

Nazir Çinə səfər edəcək

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla