Yuxarı

Kredit faizlərinə məhdudiyyət qoyulması… - Elman Rüstəmov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kredit faizlərinə məhdudiyyət qoyulması… - Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanmış qanun layihəsinə münasibət bildirib.

Report xəbər verir ki, baş bankir bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

“Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb. Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub. Düşünürük ki, bu, ölkə prezidentinin elan etdiyi uzunmüddətli struktur islahatlarına və dərin bazar iqtisadiyyatına keçid istiqamərində görülən işlərə ziddir.

Təklif olunan məsələni dərindən araşdırmışıq. Bu təcrübədən aşağı gəlirli ölkələrdə istifadə olunur. Yəni, inflyasiya iqtisadi usullarlıa idarə olunmursa, qanunvericiliklə bağlı addımlara əl atılır. Xüsusilə maliyyə savadlılığı aşağı olan ölkələrdə banklar istehsalk kreditlərində sələmçilik faizlərinə əl atırlar, buna qarşı dövlət səviyyəsində müəyyən tədbirlər görülür.

Kredit faizlərionə tavan müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib-çıxara bilər. Artıq təkliflər səslənirdi ki, əmanət faizlərinə də tavan qoyulsun. Bu sosi8al baxımdan nə dərəcədə doğru ola bilər? Əmanətlər əhalinin mülkiyyətidir. Bundan başqa, faizlərə məhdudiyyət bank sektortundan pulların kənarlaşmasına, kölgə bankçılığının inkişafına apara bilər", - deyə o, qeyd edib.

Tarix
2019.04.26 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla