Yuxarı

BP Azərbaycanda kütləvi ixtisarlara başlayır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BP Azərbaycanda kütləvi ixtisarlara başlayır

Böyük Britaniyanın neft-qaz nəhəngi BP-nin Azərbaycan qolu "BP-Azerbaijan" kütləvi ixtisarlara start vermək ərəfəsindədir.

Axar.az-ın əldə etdiyi məlumata görə, şirkət işçilərin 15 faizini ixtisar etmək niyyətindədir. Dünya bazarında neftin sürətlə ucuzlaşması şirkətin gəlirlərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub. Məlumatlı mənbənin sözlərinə görə, məhz bu səbəbdən şirkət bir çox islahatlara əl atıb. Bunlardan biri də işçilərin kütləvi ixtisarıdır.

Bildirək ki, "BP-Azərbaycan" şirkətində 2013-cü ilin statistikasına görə, daimi işə götürülən şəxslərin sayı 3254 nəfərdir. Bunların 2760-ı (84 faiz) Azərbaycan vətəndaşıdır. İxtisarlar davam edərsə, şirkətin qəbul etdiyi, 2018-ci ilədək azərbaycanlı işçilərin say nisbətinin 80 faizə çatdırılma prosesi də dayanmış olacaq.

Xatırladaq ki, BP Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Əsas hüquqi şəxs "BP Eksploreyşn Limited" (BP Exploration (Caspian Sea) Limited) şirkətidir.

Şirkət əsasən Çıraq platforması, Mərkəzi Azəri platforması, Qərbi Azəri platforması, Şərqi Azəri platforması, Şahdəniz platformasi, Dərinsulu Günəşli platforması və Qərbi Çıraq platformasında fəaliyyət göstərir.

BP-Azərbaycan 1995-ci ildən bəri AÇG, BTC, ŞD və CQBK layihələri üçün təxminən 43,1 milyard dollar xərcləyib.

Tarix
2014.12.08 / 16:53
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla