Yuxarı

Azərbaycan donor ölkəyə çevrilir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan donor ölkəyə çevrilir

Mayın 5-də Fici adalarında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı öz işini başa çatdırıb. Toplantıda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Axar.az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirib.

Nazir AİB-nin prezidenti Takehiko Nakao, Bankın region uzre vitse-prezidenti Şişin Çen, Mərkəzi və Qərbi Asiya Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın idarə heyətində təmsil edən Avstraliyalı icraçı direktor Toni Makdonald ilə ayrı-ayrılıqda keçirdiyi göruşlərdə prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar proqramı və əldə edilmiş nailiyyətlər, ölkənin bank-maliyyə sisteminin möhkəmləndirilməsi, o cümlədən problemli kreditlərin həlli ilə bağlı qəbul edilən son qərarlar və sosial iqtisadi inkişaf göstəriciləri barədə məlumat verib. Eyni zamanda, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcəyini bəyan edib.

AİB prezidenti və digər rəsmilər Azərbaycanda aparılan islahatları təqdir edərək ölkənin sosial-iqtisadi göstəricilərinin qısa müddət ərzində yaxşılaşdırılmasını yüksək qiymətləndiriblər. Eyni zamanda, T.Nakao Prezident İlham Əliyevin salamlarına və Azərbaycanın bankın donorları siyahısına qoşulmasına görə minnətdarlığını çatdırmağı xahiş edib.

Görüşlərdə eyni zamanda bankın ölkəmizdə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi və qarşlıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Tarix
2019.05.05 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla