Yuxarı

Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş oldu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının Bakıda olan nümayəndələri ilə görüş olub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, bu gün baş tutan görüşün məqsədi AİB tərəfindən Azərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə aparılan işlərlə bağlı məsləhətləşmələrin aparılması olub.

Nazir müavini İlqar Rəhimov Azərbaycanla AİB arasında əməkdaşlığın inkişafından söz açaraq, bu əməkdaşlığın mühüm infrastruktur layihələrinin icrasına önəmli töhfələr verdiyini vurğulayıb.

AİB-in nümayəndə heyətinin üzvü Kolin Arnot ötən dövrdə AİB və Azərbaycanın birgə layihələrdə əldə etdiyi müsbət iş təcrübəsinin Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi işlərinin uğurla aparılması üçün əsas olduğunu qeyd edib.

Görüşdə Azərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə aparılan işlərin əlilliyi olan şəxslərlə bağlı prioritetləri, şəhər infrastrukturunda belə insanların gündəlik tələbatlarının nəzərə alınması və s. məsələlər müzakirə olunub.

Tarix
2014.12.11 / 13:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla