Yuxarı

Hamı qiyməti endirir, AZAL-dan başqa – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada neftin qiymətinin düşməsi hava yolları şirkətlərini bilet qiymətlərində endirim tətbiq etməyə sövq edir.

Axar.az xəbər verir ki, bir müddət öncə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası da 2015-ci ildə neft amilinə görə bilet qiymətlərinin 5 faiz miqdarında ucuzlaşacağını açıqlayıb.

Lakin neftin qiymətinin düşməsi hələ də Azərbaycan Hava Yolları QSC-nin (AZAL) bilet qiymətlərində müşahidə olunmur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bunun səbəbini AZAL-ın bazarda heç bir rəqibinin olmaması ilə əlaqələndirib:

"Dünyada artıq bir çox şirkət endirim kampaniyasına başlayıb. Amma AZAL-ın nə daxili, nə də xarici reyslərində bunu müşahidə etmirik və qiymətlərdə ciddi bir fərq yoxdur. Çünki AZAL-ın bazarda rəqibi yoxdur. Bunun nəticəsində AZAL bazarda qiymətləri istədiyi səviyyədə saxlaya bilir. Yeganə çıxış yolu daxildə yerli aviaşirkətin qurulmasıdır. Lakin bu da hələlik mümkün deyil. Çünki təyyarələr almaq və təyyarə parkı qurmaq üçün çox böyük vəsait tələb olunur. Düşünmürəm ki, kimsə qısa müddətdə daxili bazarda AZAL-a rəqib kimi belə bir şirkət yarada bilsin. Amma xarici şirkətlərə daxili bazarda şərait yaradılsa, AZAL da o rəqabətli mühitdə qiymətləri rəqibinə uyğun tənzimləyə məcbur olar".

Ekspertin sözlərinə görə, Azərbaycan vətəndaşları nəticədə qonşu ölkələrin aviaşirkətlərindən istifadə etməli olurlar:

"Artıq belə bir tendensiya yaranıb ki, Avropaya uçmaq istəyən Azərbaycan vətəndaşları Gürcüstan üzərində uçuşlara üstünlük verirlər. Bu da özlüyündə həm AZAL-ın özünə, həm də Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurur. Qiymət fərqinin getdikcə böyüməsi Azərbaycan vətəndaşlarının Gürcüstanın aviaşirkətlərindən daha çox istifadə etmələrinə gətirib çıxaracaq. Bu da Gürcüstan iqtisadiyyatının və onların aviaşirkətlərinin qazanclarını artıracaq. Nəticədə AZAL-ın qazanclarında azalma müşahidə olunacaq. Çünki AZAL yalnız qiymət yüksəkliyindən deyil, sərnişin daşınmasının intensivliyindən də gəlir əldə edə biləcəyini hesablamalıdır. Əgər bu konsepsiyaya keçilsə, həm onların özlərinə, həm də vətəndaşlarımıza ciddi təsir edər".

Tarix
2014.12.17 / 10:06
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla