Yuxarı

ABŞ fond birjalarında panika başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ birja indeksləri bu gün keçirilən sessiyada böyük enmə yaşayıb.

Musavat.com xəbər verir ki, “Dow Jones” indeksi 2,42 faiz, S&P 500-2,46% aşağı düşüb. Bunun nəticəsində iri bankların səhmlərində də böyük çöküş yaşanıb. “Bank of America” səhmləri 4,3%, “Citigroup”un hissələri isə 5,1% dəyər itirib.

İqtisadi analitiklər bunu sərmayədarların bankların şirkətlərə verdikləri kreditlərdən gəlir götürə biləcəyinə olan inamsızlığı ilə izah edirlər.

CNBC kanalının verdiyi məlumata görə, pərakəndə satış nəhənglərindən sayıılan “Macy`s” şirkətinin səhmləri birdən-birə 17 faiz enib.

Burada firmanın kifayət qədər yüksək gəlir göstəricilərinə malik olmaması xüsusi rol oynayıb.

Bundan daha öncə iqtisadçılar ABŞ-ın istiqraz və borc bazarında anomaliyaların müşahidə olunduğunu qeyd etmişdilər. Belə ki, qısamüddətli iki illik dövlət istiqrazlarının gəlirliliyi onillik istiqrazların gəlirlərindən önə keçib. Belə bir hal 1978-ci ildən bu yana müşahidə olunur və adətən qlobal durğunluğun və böhranın xəbərçisi rolunda çıxış edir.

Bu, onunla izah olunur ki, investorlar emitentlərin (qiymətli kağızları buraxan təşkilat və şirkətlər-red) iflas etməsindən qorxaraq öz qısamüddətli aktivlərini uzunmüddətli perspektivə yatırırlar. Nəticədə qısa müddətli səhmlərin gəlirlərində artış hiss edilsə də, bu, qiymətli kağız bazarında böhrana gətirib çıxarır.

Tarix
2019.08.15 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır...

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi - Canlı

Ermənistandan deport olunmuş azərbaycanlıların hüquqları...

Dəfələrlə dedik, ciddi qəbul etmədilər, indi isə peşmandılar

Çin elan etdi: Rusiya müharibədə məğlub olsa...

Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi mənası var

“Böyük türk” bizi sıxışdırır: Əliyevi saxlamaq üçün...

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Xankəndidə BƏƏ nazirini qəbul etdi - Foto

Ərdoğanın təyyarəsi Füzuliyə endi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla