Yuxarı

Trampın bu tviti birjaları alt-üst etdi: Bakıya təsiri... - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın bu tviti birjaları alt-üst etdi: Bakıya təsiri... - Ekspert

Dünyanın taleyi və dünya iqtisadiyyatı getdikcə daha da qızışmaqda olan ABŞ-Çin ticarət müharibəsindən asılıdır.

Axar.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov deyib. O bildirib ki, hazırda maliyyə və fond birjalarında aləm bir-birinə dəyib:

"Tramp artıq ay ərzində ikici dəfədir ki, yazdığı tvitlə hər şeyi alt-üst edir. Bu günlərdə “Blumberq”də iqtisadçıların şərhlərinə və həyəcanlarına baxdıqda, vəziyyətin ciddiliyi aydın olur. Belə bir şey, belə bir miqyasda qarşıdurma tarixdə heç bir zaman olmayıb".

F.Çıraqov Trampın avqustun 23-də keçirilən görüşün ardından FES rəhbəri ilə bağlı yazdığı tvitdən sonra birjalarda vəziyyətin gərginləşdiyini bildirib:

"Avqustun 23-də ABŞ-ın Kanzas ştatının “Ceksn Hol” (Jackson Hole) qəsəbəsində dünya iqtisadiyyatı üçün çox mühüm görüş keçirildi. Bir neçə həftə idi hamı bu görüşü səbirsizliklə gözləyirdi. Hamı üçün FES-in rəhbərinin çıxışında nə deyəcəyi maraqlı idi. Çox ağır və məsuliyyətli çıxış idi. Çünki hətta bir intonasiya və ya sözün başqa tonda ifadə edilməsi öz təsirini göstərə bilərdi. Çıxışdan Trampın xoşu gəlmədi və bir tvit atdı ki, kimdir daha böyük düşmən? Çin lideri Si Szinpin, yoxsa Cerom Pauel? Bundan sonra birjalar alt-üst oldu. Arxasınca elə bu saatlarda Çinlə 300 milyardlıq ticarətə qoyulan 10 faizlik tarifin 15 faizə qaldırılmasını elan etdi. Bundan əvvəl avqustun 23-də Çin də ABŞ-la ticarətə yeni taarifləri elan etdi. Bütün analitiklər də texniki indikatorların qlobal iqtisadi böhranın və ya geriləmənin olacağı praqnozunu verirlər. Görünən odur ki, həqiqətən köhnə düzən tam şəkildə sökülür".

Ekspertin sözlərin görə, bütün bunların ölkəmizə də təsiri olacaq:

"Bizə ilk və birbaşa təsirinə gəldikdə: qlobal iqtisadiyyatın geriləməsi və zəifləməsi fonunda enerji qiymətləri qaçılmaz olaraq aşağı düşəcək. Bu da təbii ki, bizə öz təsirini göstərəcək".

Tarix
2019.08.24 / 10:39
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla