Yuxarı

İqtisadçıdan 2020 proqnozu: Sevindirici qiymət...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadçıdan 2020 proqnozu: Sevindirici qiymət...

Neftin dünya bazar qiymətləri bu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri baxımından əlverişli oldu. Düzdür, ilin başa çatmasına hələ 3 aydan çox vaxt var. Lakin proseslər göstərir ki, ilin sonunadək də neftin dünya bazar qiymətlərinin səviyyəsi bizim üçün sərfəli həddə qalmaqda davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Pərviz Heydərov qeyd edib. O bildirib ki, növbəti ilin dövlət büdcəsi lahiyəsində neftin dünya bazar qiymətlərinin səviyyəsinin 55 ABŞ dolları həddində götürülməsi sevindiricidir:

“O mənada ki, bu qiymət cari ildəkindən 5 dollar aşağıdır. Bu il sözügedən qiymət səviyyəsi 60 dollar götürülmüşdü, dünya bazarlarında faktiki hədd isə demək olar, həmişə bundan yuxarı olmuşdur. Belə ki, ilin birinci yarısında Azərbaycan neftinin dünya bazar qiymətlərinin orta səviyyəsi 65 ABŞ dolları həddində qeydə alınıb. Növbəti il ərzində, yəni 2020-ci ildəsə qiymət heç də bundan aşağı olmayacaq. Odur ki, növbəti ilin büdcə lahiyəsində sözügedən həddin cari ildəkindən bir az da aşağı səviyyədə götürülməsi olduqca müsbət yanaşmadır, mövqedir. Və bu, cari ilin başlanğıcından etibarən həyata keçirilməyə başlanılan genişmiqyaslı sosial paketin icrasının gələn il də uğurla davam etdiriləcəyinə əlavə zəmanət deməkdir”.

Tarix
2019.09.17 / 08:45
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla