Yuxarı

Türkiyədə 3, bizdə 20 faiz: banklar can alır... – Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bank kreditlərinin faiz dərəcələri ilə bağlı ciddi problemlər var. Bu problemləri aradan qaldırmaq üçün banklar kredit faizlərini aşağı endirməlidir.

Bu sözləri Axar.az-a professor Fikrət Yusifov bankların faiz dərəcələrinin yüksək olması ilə bağlı danışarkən deyib. O bildirib ki, müqayisə aparanda Azərbaycanda digər inkişaf etmiş ölkələrlə müqayisədə kredit faizlərinin çox yüksək olduğu görünür:

“Avropa ölkələrində bazarın tənzimlədiyi kredit faizləri 3-5 faiz arasında dəyişir. Qardaş ölkə Türkiyədə isə istehlak kreditlərinin faizləri cəmi 2,45-2,89 faiz təşkil edir. İstehlakçılara təhsil, nikah, turistik, ev əşyalarının alınması, səhiyyə, alış-veriş və bir sıra digər ehtiyaclara yönəlik kreditlər təklif olunur. Bundan başqa, kredit üçün müştərilərin onlayn müraciət etmələrinə və zaminsiz kredit əldə etmələrinə imkanlar yaradılır. Eynilə qonşu Rusiyada kredit faizləri Türkiyədə olduğu qədər olmasa da, ölkəmizdəkindən aşağıdır (10,9-14,9 faiz). Bu ölkədəki əmanət faizləri isə təxminən 9,5-10 faiz təşkil etsə də, müddəti dolmadan məbləğin götürülməsi və ya artırılması kimi müxtəlif imkanlar yaradılır”.

F.Yusifovun sözlərinə görə, ölkəmizdə kredit faizlərinin yüksək olması təbii olaraq problemli kreditlərin ildən-ilə artmasına gətirib çıxarır:

“Ölkədə orta aylıq əmək haqlarının 200-400 manat arasında olduğu bir şəraitdə, yüksək faizlərlə götürülən kreditlərin geri ödənməsi vətəndaşlar üçün çətinlik törədir. Ailələrin çoxunda kreditin aylıq ödənişi ailənin gəlir həddindən yüksək olur. Bu da təbii olaraq problemli kreditlərin artmasına səbəb olur. Banklar daha aşağı faizlə kredit versələr, daha çox qazanc etmiş olarlar. Çünki faizin aşağı olması kreditə marağı artıracaq və bu da bankların daha çox şəxsə kredit verməsinə, dövriyyəsinin artmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Azərbaycanda bank faizləri əsasən 17%-dən başlayır. Bura “komisyon xərci” də daxil edildikdə isə faiz daha da yüksəlir.

Tarix
2019.11.13 / 12:50
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla