Yuxarı

“Azərbaycana üç istiqmətdə ciddi təsir gözlənilir” - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycana üç istiqmətdə ciddi təsir gözlənilir” - Ekspert

"Rublun dəyərini kəskin itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək və bu, özünü üç istiqamətdə göstərəcək".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli rublun dəyərdən düşməsinin Azərbaycana göstərə biləcəyi mümkün təsirlərindən danışarkən deyib.

İqtisadçı bidirib ki, rubl dəyərini kəskin itirdikcə bu, daha çox Rusiyadan gələn gəlirlər hesabına dolanan azərbaycanlı ailələrinin sosial rifahını aşağı salacaq:

"Rublun gün-gündən dəyərdən düşməsi Azərbaycana üç istiqamətdə təsir göstərəcək. İlk təsir ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Fondunun yığımlarının, kiçik də olsa, bir hissəsi rublda yerləşdirilib. Təqribən yığımların 5 faizə yaxını rubl və lirədə saxlanılır. Dünyada rubl və lirə hazırda ən çox dəyər itirən valyutalardan biridir. Yəni rublun get-gedə daha da dəyərini itirməsi fondun az həcmdə də olsa bu valyutada yerləşdirilmiş yığımlarına təsir edəcək. İkinci istiqamət ondan ibarətdir ki, Rusiyada Neft Fondunun daşınmaz əmlak bazarında aktivliyi və bu bazara yatırımları var. Bu aktivlərin dəyərdən düşməsi baş verəcək. Üçüncü istiqamət isə Rusiyada yaşayan azərbaycanlılarla bağlıdır ki, gəlirlər azaldıqca, iqtisadi vəziyyət çətinləşdikcə və rubl dəyərdən düşdükcə, onların Azərbaycana göndərdikləri vəsaitin həcmi də kəskin azalacaq. Bu isə Azərbaycanda yaşayan və Rusiyadan gələn gəlirlərlə dolanan ailələrin sosial vəziyyətinə, alıcılıq qabiliyyətinə və həyat şəraitinə ciddi təsir göstərəcək".

Tarix
2015.02.01 / 11:36
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla