Yuxarı

Rublun ölməsi Azərbaycana ciddi təsir edir – Rəylər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rublun ölməsi Azərbaycana ciddi təsir edir – Rəylər

"Rublun kursunun oynaqlığı Rusiya ilə ticarət aparan biznes adamlarının və şirkətlərin dayanıqlı və uzunmüddətli iş əmsalına maneə olur".

Bu sözləri Axar.az-a açıqlamasında rublun məzənnəsinin qalxıb-enməsi və bunun Azərbaycana ola biləcək mümkün təsirlərindən danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Rublun kursu hər gün dəyişir, demək olar ki, sabah və axşam kursları arasında da fərq var. Buna görə də iş adamları hər bir biznes müqaviləsi üzrə Rusiya ilə işləyərkən bunu nəzərə alırlar. Yəni onlar rublun daha da ucuzlaşacağı ilə bağlı gözləntiləri qiymətin üzərinə gəlmək məcburiyyətində qalırlar ki, sonradan dolların məzənnəsi qalxdıqda bu əməliyyatdan uduzmasınlar. Rusiyanın Avropa və Amerika kənd təsərrüfatı məhsullarına embarqosu üzündən Azərbaycandan bu ölkəyə ixracın artacağı gözlənilirdi. Görünən odur ki, kursun oynaqlığı azərbaycanlı fermerlərin Rusiyada iş görmək həvəsini öldürüb. Bu da öz növbəsində Azərbaycandan bu ölkəyə ixrac olunan məhsulların həcminin azalması ilə nəticələnib. İkinci bir təsir isə orada yaşayan azərbaycanlılarla bağlıdır ki, bu, Rusiyadan gələn gəlirlər hesabına dolanan ailələrin sosial vəziyyətini daha da pisləşdirəcək".

İqtisadçı ekspert Vüqar Bayramov isə rublun oynamasının daha çox Azərbaycanın idxal və ixracına təsir göstərdiyi qənaətindədir.

Onun sözlərinə görə, bu dəyişiklik xüsusən fermerlərin işini çətinləşdirir:

"Rublun məzənnə itirməsinin Azərbaycanda kənd təsərrüfatına ciddi təsiri gözlənilir. Rubl gün-gündən məzənnə itirdikcə, bu, Rusiyada istehsal olunan məhsulların ucuzlaşmasına, eyni zamanda, Rusiyadan daha çox məhsulun idxalına gətirib çıxaracaq. Hətta praktik olaraq artıq Azərbaycan bazarında Rusiya mallarının payı artıb. Bu baxımdan istər azərbaycanlı iş adamları üçün, istərsə də Rusiyada yaşayan azərbaycanlılar üçün rublun məzənnəsinin möhkəmlənməsi və ölkə iqtisadiyyatının stabilləşməsi daha məqsədəuyğundur. Bu, eyni zamanda daha geniş imkanlar deməkdir".

Sözügedən məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov də baş verən bu kəskin dəyişikliyin Azərbaycana təsirsiz ötüşməyəcəyini bildirib:

"Bu, ilk olaraq, Rusiyada yaşayan soydaşlarmızın işini çətinləşdirəcək. Əgər rubl iki dəfə dəyərdən düşürsə, demək, bu ölkədən Azərbaycana göndərilən vəsaitlərin həcmi də iki dəfə azalacaq. İkincisi, oraya göndərilən malların dəyərinə təsir göstərəcək. Belə ki, qiymətlərdə azalmalar olacaq. Bu, daha çox Rusiyada yaşayan soydaşlarımızın əmək haqlarını və gəlirlərini ciddi şəkildə azaldacaq".

Tarix
2015.02.05 / 21:20
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla