Yuxarı

Dollar 20-30% bahalaşacaq - Proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar 20-30% bahalaşacaq - Proqnoz

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) nəhayət ki, manatın məzənnəsinin gələcəyi ilə bağlı rəsmi açıqlama verib. Açıqlama AMB-nin İdarə Heyətinin toplantısından sonra ictimaiyyətə açıqlansa da, burada bir çox qaranlıq məqamlar mövcuddur. AMB sədri manatın məzənnəsinin artıq sabit qalmayacağını və valyuta səbəti sisteminə keçməyi planlaşdırıldığını bildirmişdir. Valyuta səbətində avronun 20-30% ağırlığa malik olacağı, qalanının isə ABŞ dollarından ibarət olacağı ehtimalı irəli sürülüb. Ən əsas məqam - illik inflyasiyanin 7-8% çatdırılması ilə bağlı plandır.

İlk olaraq sıravi insanları çaşdıracaq məqam valyuta səbətinin strukturunun açıqlanmaması ilə bağlıdır. Hazırda valyuta səbəti ABŞ dolları 75% və avro 25% götürülməklə təxminən 0,814 AZN təşkil edir. Lakin AMB-nin hədəf olaraq hansı səviyyəni götürəcəyi açıqlanmır.

Report-un analitik qrupunun hesablamalarına əsasən, illik inflyasiyanın 7-8% hədəflənməsi fonunda və bu il əmək haqqı və pensiyalar artırılmayacağı təqdirdə məzənnənin 25-30% artacağını proqnozlaşdırmaq olar. Yəni, avro/dollar məzənnəsi bugunkü vəziyyətdə (1,14 USD/EUR) qalarsa, o zaman Azərbaycanda dolların məzənnəsinin 1 manata, avronun isə 1,14 manata qədər yüksəlməsi gözləniləndir. Lakin dünya bazarındakı vəziyyətdən asılı olaraq avro və dolların daxili bazarda manata qarşı məzənnəsi də dəyişəcək. Dünya bazarında avro/dollar məzənnəsi paritetə çatarsa, bu Azərbaycanda ABŞ valyutasının məzənnəsinin 1 manatı da üstələcəyini gözləmək olar. Maraqlıdır ki, beynəlxalq ekspertlər də hazırkı vəziyyətdə bu iki valyutanın qarşılıqlı məzənnəsinin bərabərləşməyə doğru irəliləyidini qeyd edirlər. Bəzi müşahidəçilər isə avronun dollardan daha ucuz olacağını da istisna etmirlər.

Nəticə olaraq, ilkin proqnozlara əsasən, Azərbaycanda artıq bu ilin sonu-gələn ilin əvvəlində avro və dolların manatdan daha güclü valyuta olacağını görəcəyik. Daha sonra isə məzənnə dünyada neftin qiymətinin dinamikasından asılı olacaq.

Tarix
2015.02.16 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla