Yuxarı

“Ürəklər”iniz ilə koronavirusla mübarizəyə dəstək olun!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ürəklər”iniz ilə koronavirusla mübarizəyə dəstək olun!

Son günlər ölkədə iri holdinq və şirkətlər kimi əhali də Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqində yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini dəstək fonduna ianə formasında “xərcləyə” bilərlər.

Axar.az xəbər verir ki, fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 95 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, bir neçə saat ərzində artıq 10 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ sürətlə artmaqdadır.

Qeyd edək ki, BirBank mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Tarix
2020.03.23 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla