Yuxarı

Azərbaycanda benzin istehsalı artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda benzin istehsalı artdı

Azərbaycanda 2020-ci ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 11,3 faiz artıb.

Axar.az xəbər verir ki, neft məhsullarından sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3 faiz, avtomobil benzininin istehsalı 15,1 faiz, dizel yanacağının istehsalı 9,5 faiz artıb, neft koksunun istehsalı 1,2 faiz, ağ neftin istehsalı 3,3 faiz, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,9 faiz azalıb.

Qeyd olunan müddət ərzində kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 19,5 faiz, əczaçılıq məhsullarının istehsalında 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,6 faiz artıb.

Əsas kimya məhsullarından metanol istehsalı 34,4 faiz, propilen istehsalı 17,9 faiz, etilen istehsalı 16,1 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından plastik boruların istehsalı 6,0 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,1 dəfə artıb.

Tarix
2020.04.03 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla