Yuxarı

Avtomobil bazarı batır: Satış 37 faiz gerilədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobil bazarı batır: Satış 37 faiz gerilədi

Rusiyada yaşanan iqtisadi böhran avtomobil sektorunu iflic edib.

Axar.az məlumat verir ki, ötən ay aparılan hesablamalara görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə avtomobil satışı 37,9 faiz geriləyib. Ötən ilin fevralında 206 min avtomobil satılmışdısa, cari ilin eyni dövründə bu rəqəm 128.298-ə düşüb.

Yanvar ayında aparılan sorğu nəticəsində isə eyni dövrlə müqayisədə 24,4 faiz geriləmə müşahidə olunmuşdu.

Ekspertlər isə qarşıdan gələn dövrü Rusiya avtomobil bazarı üçün ən pis dövr kimi xarakterizə edir. Çətinliklərin önümüzdəki aylarda ən pik həddə çatacağı gözlənilir.

Xatırladaq ki, AEB Avtomobil Sənaye Komissiyası 2015-ci ildə avtomobil satışında 24 faiz geriləmə olacağını proqnozlaşdırıb. Komissiyanın gözləntilərinə görə, cari ildə Rusiyada 1,89 milyon avtomobil satılacaq.

Ayrı-ayrı firmalara gəlincə, fevral ayında "Şevrolet"in (Chevrolet) satışı 74 faiz azalaraq 3255-ə, "Ford" 78 faiz azalaraq 1399-a, "Opel" 86 faiz azalaraq 912-yə, "Citroen" 83 faiz azalaraq 380-ə, "Pejo" (Peugeot) 84 faiz azalaraq 377-ə, "Honda"nın satışı isə 90 faiz azalaraq 252-yə enib.

Nə qədər qəribə olsa da, bahalı avtomobillərin satışında artım müşahidə olunur. Məsələn, fevral ayında "Porşe"nin (Porche) satışı 119 faiz artaraq 381-ə, "Leksus" (Lexus) 11 faiz artaraq 791-ə, "Mersedes-Benz" 18 faiz artaraq 4151-ə, BMV satışları isə 6 faiz artaraq 3550-yə çatıb.

Ekspertlərin fikrincə, Rusiya avtomobil sektorunun yenidən özünə gəlməsi 2019-2020-ci illərə təsadüf edəcək.

Tarix
2015.03.11 / 13:10
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla