Yuxarı

Azərbaycan neçə milyon ton neft ixrac edib? - Hesabat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan neçə milyon ton neft ixrac edib? - Hesabat

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan son beş ildə hasilat 15,7% azalıb.

Axar.az BP-nin 2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatına əsasən xəbər verir ki, 2015-ci ildə AÇG-də hasilatın həcmi 231,3 mln. barrel təşkil etmişdisə, 2019-cu ildə bu göstərici 195 mln. barrel olub.

2019-cu ildə AÇG-dəki 6 hasilat platformasından dördündə 2015-ci illə müqayisədə hasilat azalıb, ikisində isə artıb.

Belə ki, 2015-ci ildə “Çıraq” platformasında 17,3 mln. barrel 2019-cu ildə 14,9 mln. barrel neft hasil edilib. “Mərkəzi Azəri” platforması üzrə 2015-ci ildə hasilat 56,2 mln. barrel, 2019-cu ildə 48,8 mln. barrel, “Dərinsulu Günəşli” platformasında hasilat 2015-ci ildə 51,6 mln. barrel, 2019-cu ildə 34,8 mln. barrel, “Qərbi Çıraq” platformasında 39,9 mln. barrel 2019-cu ildə 19,6 mln. barrel təşkil edib.

“Qərbi Azəri” platforması üzrə isə hasilat 2015-ci ildə 40,3 mln. barrel olmuşdusa, 2019-cu ildə hasilat artaraq 44,3 mln. barrel, “Şərqi Azəri” platformasında 2015-ci ildə hasilat 26 mln. barreldən artaraq 2019-cu ildə 32,6 mln. barrel təşkil edib.

Tarix
2020.06.01 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla