Yuxarı

Alıcılara şad xəbər: Qızıl bazarında yeni trend

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alıcılara şad xəbər: Qızıl bazarında yeni trend

"Hazırda Azərbaycanda qiymətli daşlar bazarında alıcılıq qabiliyyəti olduqca düşüb və durğunluq yaşanır".

Bu barədə Axar.az-a iqtisadçı ekspert Rəşad Həsənov Azərbaycanda qızıl bazarındakı son durum barədə açıqlama verərkən deyib. O, Azərbaycanda qızılın bahalaşmasına dünya bazarındakı qiymət artımının da təsir etdiyini bildirib:

"Dünya bazarında qiymətlərin qalxmasından sonra hazırda ölkədə də bahalaşma müşahidə olunur və bunu kəskin bahalaşma kimi də qiymətləndirmək olar. Təxminən qızılın qiyməti 30 faiz bahalaşıb. Bu bahalaşma ilkin vaxtlarda daha yüksək idi. Hətta 40 faizdən də yüksək. Ancaq tələbatın azlığı, eyni zamanda, qızıl bazarında yaşanan durğunluq faktiki olaraq indiki qiymətlərin nisbətən aşağı düşməsinə gətirib çıxaracaq. Hazırkı qiymətlər iki ay bundan öncəkindən 30 faiz bahadır. Ancaq qeyd etdiyim kimi, bunu son qiymət olaraq müəyyənləşdirmək olmaz. Çünki ümumiyyətlə, 2015-ci ildə qızıl bazarında çox ciddi durğunluq yaşanacaq. Bunun nəticəsində də mümkündür ki, Azərbaycan qızıl bazarında yeni trend formalaşsın və əvvəlki şərtlər daxilində qızılın alış-satışı arasında təqribən 10-15 dollar fərq yaransın. Eyni zamanda bu fərqin 6-7 dollara qədər azalma ehtimalı da var. Çünki hazırkı dönəmdə qızılın satışının azlığı hadisələrin bu istiqamətdə cərəyan edəcəyini göstərir".

Tarix
2015.04.02 / 09:55
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla