Yuxarı

İpoteka kreditləşməsini genişləndirməkdə məqsəd...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Kapital Bankın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovla müsahibəni təqdim edir:

- Ramil müəllim, son zamanlar Kapital Bank ipoteka kreditlərinin verilməsinə böyük diqqət ayırır. Xahiş edirik bu istiqamətdə olan yeniliklər və statistik məlumatlardan danışaq.

- Kapital Bank vətəndaşların mənzil ehtiyaclarının ödənilməsi və yeni mənzil əldə edənlərə kömək etmək məqsədilə ipoteka kreditlərinin verilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bununla əlaqədar olaraq son dövrdə bankımızda riteyl kreditləşmə sahəsinin tərkib hissəsi olan ipoteka kreditləşməsinin əhatə dairəsi genişləndirilib. Belə ki, əhalinin mənzilə olan tələblərinin qarşılanması məqsədilə dövlət tərəfindən maliyyələşən kreditlərin həcmi artırılıb, habelə bankın öz vəsaiti hesabına kreditlərin verilməsinə başlanılıb. Statistik göstəricilərə nəzər salsaq görərik ki, hazırda Kapital Bank-ın ipoteka kredit portfeli artaraq 200 mln manat həddinə çatıb. Bankın gələcək prioritetlərindən biri cari portfeli saxlamaqla yanaşı, daha da artırmaqdır.

- Kapital Bankda əsasən hansı növ ipoteka kreditləri mövcuddur?

- Kapital Bank cari il üzrə İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən adi və güzəştli ipoteka kreditlərin verilməsində aktiv iştirak edib. Fond hesabına verilən kreditlər üzrə yerləşdirmə ötən ilin analoji dövrü ilə müqayisədə 25% artıb. Bundan sonrakı dövr üzrə Bankımız tərəfindən İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən kreditlərin həcminin artırılması planlaşdırılır.

Həmçinin Kapital Bank, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən təqdim olunan mənzillərin kreditləşməsi üzrə olan dövlət layihəsində də aktiv iştirak edir. Ötən il ərzində MİDA layihəsi üzrə təqdim olunan mənzillər üçün 3 milyon manat həcmində kredit rəsmiləşdirilib. Bu ipoteka növü üzrə kredit portfelimiz, ümumilikdə 6 milyon manat təşkil edir. Cari il ərzində MİDA tərəfindən təqdim olunan yeni layihələrə əsasən mənzillərin kreditləşməsi nəzərdə tutulur və vətəndaşların müraciətlərinə operativ şəkildə baxılması təmin edilir. Bununla əlaqədar Kapital Bankı-ın rəsmi internet səhifəsində (www.kapitalbank.az/loans), həmçinin bütün ölkəni əhatə edən filial şəbəkəmizdə vətəndaşların müraciətlərinin qəbul edilməsi üçün rahat imkan yaradılıb.

Bundan başqa, dövlət layihələri ilə yanaşı Kapital Bank müştərilərin artan mənzil tələbatlarını ödəmək üçün öz vəsaiti hesabına 2 növ yeni daxili ipoteka məhsulunu təklif edir. İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir

- İpoteka kreditləşməsi yalnız Bakı şəhərini əhatə edir?

- Regionlarda əhalinin yaşayış şəraitinin və mənzil təminatını yaxşılaşdırmaq məqsədilə bu ilin may ayından etibarən regionlar üzrə güzəştli şərtlərlə sosial ipoteka məhsulunun kreditləşməsinə başlanılıb. Qeyd olunan məhsul növündən, əsasən az təminatlı və sosial təbəqəyə mənsub olan gənc ailələrin faydalanması nəzərdə tutulur. 1 aydan bir qədər artıq müddət ərzində artıq bu məhsul növündə 22 vətəndaş faydalanıb ki, bu şəxslərə verilən kreditlərin həcmi 500 min manat miqdarındadır. Bu məhsul növü üzrə 10 milyon manat civarında kreditlərin verilməsi nəzərdə tutulur və mütəmadi olaraq müraciətlər qəbul edilir.

Paralel olaraq bankımız tərəfindən ipoteka kreditləşməsinin əhatə dairəsi Bakı, Abşeron və Sumqayıt şəhər əraziləri üzrə yeni növ daxili ipoteka krediti məhsulunun satışına start verilib. Təklif olunan məhsul növü ilə müştərilərə 10 il müddətinə 500 min manatadək daxili ipoteka kreditindən faydalanmaq imkanı yaradılıb. Müştərilərimiz üçün sevindirici xəbər olaraq bildirək ki, hazırda tərəfimizdən müvafiq məhsul üzrə 3 aylıq endirim kampaniyası təklif olunur. Belə ki, kampaniya müddətində müştərilərimiz10%-dən başlayan illik faiz dərəcəsi ilə bu kreditlərdən faydalana bilərlər. Cari kampaniya 30 sentyabr 2020-ci il tarixədək davam edəcək. Əlavə olaraq qeyd edək ki, bu məhsul növü üzrə bir sıra Mənzil Tikinti Kooperativləri ilə də əməkdaşlıq etmək nəzərdə tutulub. Bunun nəticəsində Bankımız tikinti sektorunda fəaliyyət göstərən biznes subyektlərinə də öz dəstəyini göstərir.

- İpoteka kreditlərindən faydalanmaq istəyənlər Kapital Bank-a hansı kanallarla müraciət etməlidirlər?

- Artan ipoteka kreditləşməsi tələbatını ödəmək və müştərilərə operativ xidmət göstərmək məqsədilə Kapital Bank tərəfindən ipoteka krediti verən xidmət nöqtələrinin sayı artırılaraq, regionlar üzrə 52, Naxçıvan Muxtar Respublikası üzrə 1, Bakı şəhəri üzrə 2, ümumilikdə isə 55 filialda müştərilərə xidmət göstərilir. Gələcəkdə yarana biləcək əlavə ehtiyacların ödənilməsi üçün bu sayın daha da artırılması planlaşdırılır. Həmçinin ipoteka kreditləşməsi üzrə müştərilərin müraciətlərinin operativ şəkildə qəbulu, təhlili və cavablandırılması filiallarla yanaşı müxtəlif onlayn kanallar - (+99451) 250 99 99 WhatsApp nömrəsi, 8196 qısa nömrəsi, 196 Məlumat Mərkəzi, bankın rəsmi internet səhifəsi (www.kapitalbank.az/loans) vasitəsilə də həyata keçirilir.

Tarix
2020.07.03 / 10:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla