Yuxarı

Kapital Bank bu xidmətini təqdim edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank bu xidmətini təqdim edir

Kapital Bank mütəmadi olaraq hüquqi şəxs və sahibkarlar üçün rahat həllər təklif etmək üçün rəqəmsal imkanlarını inkişaf etdirir. Bu dəfə məsafədən bankçılıq xidmətlərini genişləndirən Kapital Bank, tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir.

Axar.az xəbər verir ki, onlayn hesabın açılması imkanı ilə, vaxt itirmədən və filiala yaxınlaşmadan, cəmi bir neçə dəqiqə ərzində, dünyanın istənilən nöqtəsindən Kapital Bank-da hesab rəsmiləşdirib, əməliyyatlara başlamaq mümkündür. Fürsətdən yararlanmaq üçün www.onb-cb.kapitalbank.az linkindən onlayn hesab açma portalına daxil ola bilərsiniz.

İlk növbədə, müştəri şəxsi və biznes məlumatlarını qeyd edib, tələb olunan sənədlərin elektron versiyasını portala yükləməlidir. Daha sonra, müştəri “ASAN İmza” ilə müqavilə imzalamalı və bank əməkdaşları ilə video müsahibədən keçməlidir. Proses, müqavilənin, rekvizitlərin və “Müştəri Bank” sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrənin müştərinin elektron ünvanına göndərilməsi ilə yekunlaşır. Həmçinin yaxın zamanda fiziki şəxslər üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı təqdim ediləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2020.08.04 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyamız demokratik inkişafa təminat yaradan...

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla