Yuxarı

Qurbanov səfirlə Rəşt-Astara dəmir yolundan danışdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

QSC-nin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə dəmir yolları sahəsində əlaqələrin perspektivləri, Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə danışılıb.

Cəmiyyətin sədri Cavid Qurbanov ölkəmizdə diplomatik fəaliyyətə yeni başlayan səfiri Azərbaycan Dəmir Yolları QSC-də ilk dəfə görməkdən məmnun olduğunu bildirib, ona uğurlar arzulayıb. O, dəmir yolları sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə, işlərin koordinasiyasında səfirliyin dəstəyini əsirgəməyəcəyinə inamını vurğulayıb.

Səfir Seyid Abbas Musəvi Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfər münasibətilə sevincini bölüşüb, görüş iştirakçılarını təbrik edib. Bildirib ki, İran hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləyib. Qonaq qısa fəaliyyəti müddətində işçi qrupları səviyyəsində dəmir yolları layihələri ilə bağlı bir neçə müzakirələrdə iştirak etdiyini, həmin layihələrin yekunlaşması istiqamətində dəstək göstərəcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin də maraqlı olduğunu bildirib.

Görüşdə “Şimal-Cənub” dəhlizinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyəti, Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, həmin dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrutla ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Tarix
2021.01.15 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev bunu yaxşı bilir, Kreml ona görə ehtiyat edir - Özbək ekspert

Xankəndiyə toplaşan liderlərin səmimi - Fotoları

Ərdoğan Xankəndidə İsraili tənqid etdi

İlham Əliyev bu foto ilə tarix yazdı – 3 mesaj

Ərdoğandan Xankəndi ilə bağlı açıqlama

Bakı və Moskva gərginliyi bitməlidir: məsələni bağlayaq!

İran və Pakistan XİN başçıları Xankəndidə görüşdü

Hindistan torpaqlarımızı işğal altında saxlayır, lakin…

Səfərovların qətli ifşa olundu – Solovyov əsəbiləşdi

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla