Yuxarı

Bu sahə özəlləşir: proseslə bağlı təklif

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İqtisadiyyat və Energetika Nazirlikləri birgə açıqlama yayıblar, çox maraqlı detallar var. Ölkədə elektrik enerjisinin istehsalı və paylanması addım-addım özəlləşdiriləcək. Digər maraqlı məqam bərpa olunan enerjiyə keçidin sürətlənməsi üçün daha çox işlərin görüləcəyi anonsudur.

Axar.az xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Azərbaycanda bərpa olunan enerji potensialı çox böyükdür:

“Ölkə əhalisi bərpa olunan enerji istehsalının əsas oyunçusu olmalıdır. Bunun çox da çətin olmayan mexanizmi var. Kiçik texniki detallara qədər izah edək:

1) Ölkənin rayon və kəndlərində fərdi evlərin günəş panelləri ilə təmin edilməsi üçün xüsusi proqram qəbul edilir;

2) İşğaldan azad edilən ərazilərdə ancaq damları günəş paneli ilə örtülü evlər-binalar tikilir;

3) Ölkə əhalisi öz evlərinin dam örtüyünü günəş paneli ilə örtməsi üçün müraciət edir, növbə ilə hər bir müraciət edən şəxsə bu iş üçün faizsiz kredit verilir;

4) İndiki qiymətləndirmə ilə 100 m dam örtüyünü günəş panelləri ilə örtmək, sistemi qurmaq, artıq qalan enerjini generasiya etmək üçün avadanlıqla birgə cəmi 1500-3000 manat arası (istehsalçı şirkətdən asılı olaraq) vəsait lazımdır. Dövlət bu vəsaiti faizsiz kredit şəklində verir, vətəndaş öz enerji tələbatının tamamını günəş (külək) enerjisi vasitəsilə ödəyir, hər ay işıq pulu ödəyirmiş kimi bir müddət krediti ödəyir, sonra isə ümumiyyətlə işıqpulu ödəmir.

Hər 3 evə istehlakdan artıq qalan elektik enerjisini generasiya etmək üçün avadanlıqlar quraşdırılır, 3 qonşu işlətmədiyi elektrik enerjisini sayğac vasitəsilə o qurğuya ötürür, dövlət (və ya özəl sektor) isə artıq qalan elektrik enerjisini fiksə edilmiş qiymətlərlə alır;

5) Əhalinin qazanacağı pul sonradan həmin günəş panellərinin təmirinə, yenilənməsinə istifadə edilə bilər. Müasir günəş panelləri azı 8 il xidmət göstərə bilir.

Belə bir sistem qurulsa, vətəndaşlar öz elektrik enerjisi tələbatını tam ödəyə, hətta sonra bundan pul da qazana bilər. Məhz vətəndaşların iştirakını təmin etmək yolu ilə bu sahədə böyük uğur qazanmaq, dünyada gedən ekoloji trendə uyğunlaşmaq olar. Ən yuvarlaq hesablamalara görə, ölkə ərazisində 4 mln. nəfər çox qısa zamanda özləri-özlərini elektrik enerjisi ilə təmin edə biləcək evlərdə yaşaya, hətta elektrik enerjisi satışından pul qazana bilərlər.

Bu, həm də Azərbaycanın qlobal çağırışlara verəcəyi müasir və adekvat cavab ola bilər”.

Tarix
2021.01.27 / 15:42
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla