Yuxarı

Elektron ticarət sahəsində Azərbaycan niyə geriləyir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektron ticarət sahəsində Azərbaycan niyə geriləyir?

Azərbaycan elektron ticarət üzrə ötən illə müqayisədə 2 pillə geriləyib.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, elektron ticarət sahəsində MDB ölkələri arasında lider Belarusdır:

“BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) son hesabatına görə, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-ci olub, ölkəmiz bu göstərici üzrə əvvəlki illə müqayisədə 2 pillə geriləyib. UNCTAD reytinqin hazırlanması zamanı ölkədə internetdən istifadə vəziyyəti, bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri, təhlükəsiz serverlər, internet mağazaların sayı, poçtun, çatdırılma xidmətinin vəziyyəti, bağlamaların çatdırılma vaxtı kimi göstəricilər üzrə qiymətləndirmələr aparıb.

Reytinq cədvəlində Belarus 35-ci, Rusiya 41-ci, Gürcüstan 47-ci, Ukrayna 51-ci, Moldova 53-cü, Qazaxıstan 60-cı, Ermənistan 84-cü yerdədir.

Digər beynəlxalq hesabatda internetin bağlanmasından ən çox xərcə düşən ölkələr arasında Azərbaycan dünya üzrə 5-ci olub. Ötən il bu səbəbdən ölkəmiz 123 milyon dollar itirib. Maraqlıdır ki, Belarus da eyni problem üzrə 336 milyon dollar ziyana düşməsinə baxmayaraq, elektron ticarət reytinqində MDB-də üstünlüyünü mobil ödəniş sistemləri, bank və poçt xidmətinin keyfiyyəti və sürəti hesabına saxlaya bilib”.

Tarix
2021.02.22 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla