Yuxarı

Nazir BMT ilə yeni əməkdaşlıq sənədini imzaladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir BMT ilə yeni əməkdaşlıq sənədini imzaladı

19:20

Martın 1-də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Sənədi Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıblar.

İqtisadiyyat Nazirliyindən Axar.az-a bildirilib ki, uğurlu əməkdaşlıq nəticəsində indiyədək BMT ilə Azərbaycan arasında 4 Çərçivə Sənədi icra edilib. Sənədlərin davamı olaraq, “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin hazırlanması ilə bağlı qərar qəbul edilib və Sənədin əsas prioritet istiqamətləri müəyyən olunub. Çərçivə Sənədi DİM-lərə tam uyğun olmaqla, heç kimin kənarda qalmaması, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərinə əsaslanır və ərazi bütövlüyünü təmin etmiş ölkəmizin bütün ərazisində inklüziv olmaqla sosial-iqtisadi inkişaf prioritetlərini əhatə edəcəkdir.

İmzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, əməkdaşlıq çərçivəsində bir sıra sənədlərin imzalandığını və birgə layihələrin həyata keçirildiyini qeyd edib. Vurğulanıb ki, Çərçivə Sənədinin icrası ölkəmizdə DİM-lərin icrasına, aparılan islahatlara və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə, insan kapitalının inkişafına töhfə verəcəkdir. Nazir işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın reallaşdırılmasında BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın önəmli olduğunu, artıq bu istiqamətdə müvafiq addımların atıldığını diqqətə çatdırıb.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai Çərçivə Sənədinin əsas məqsədinin iqtisadiyyatın transformasiyası, əhalinin həssas təbəqələrinin ehtiyaclarının qarşılanmasında, COVID-19 pandemiyasının təsirlərinin minimallaşdırılması və münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Hökumətinə dəstək göstərilməsi olduğunu qeyd edib, Sənədin DİM-lərin icrasının sürətləndirilməsində rolunu vurğulayıb.

İmzalanmadan sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin rezident əlaqələndiricisi arasında görüş keçirilib, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tarix
2021.03.01 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla