Yuxarı

ABB əməkdaşları beynəlxalq turnirin qalibi oldu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB əməkdaşları beynəlxalq turnirin qalibi oldu

MDB regionunun maliyyə və sığorta sektorunda fəaliyyət göstərən qurumların təmsilçiləri arasında keçirilmiş “Finance Chess-2021” beynəlxalq şahmat turniri başa çatıb. Onlayn turnirdə Azərbaycan Beynəlxalq Bankının Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı, Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli və Korporativ biznes departamentinin baş mütəxəssisi Kamran Rəhimli də iştirak edib.

Axar.az xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistandan ümumən 55 komanda yarışıb. Turnurdə Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, SBER, SMP Bank, Qazprombank, Renessans Kredit, RİK, ATON, Nurbank, MAKS kimi tanınmış maliyyə qurumlarının təmsilçiləri rəqabət aparıblar.

Turnirdə Azərbaycan Beynəlxalq Bankının bütün əməkdaşları öz lövhələri üzrə ilk onluğa düşə biliblər. Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli finalda 100 faizli fərdi nəticə ilə bütün rəqiblərini üstələyək “Finance Chess – 2021”in qalibi olub.

Bankın Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı isə turnirin sonunda bütün iştirakçıların iştirak etdiyi dostluq qarşılaşmalarında qələbə qazanaraq birinci yerə çıxıb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.04.13 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla