Yuxarı

Azərbaycan Rusiyanın Qafqazda əsas tərəfdaşıdır - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Rusiyanın Qafqazda əsas tərəfdaşıdır - Nazir

Azərbaycan Rusiya Federasiyasının Qafqaz regionunda əsas tərəfdaşıdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

O, gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını bildirib: “Ötən müddət ərzində əməkdaşlığımız daim inkişaf edib”.

Baş nazirin müavini son iki ildə dünyanın koronavirus pandemiyası da daxil olmaqla bir sıra təhlükələrlə üzləşdiyini xatırladıb: “Yeni reallıqlar əməkdaşlığımız üçün yeni imkanlar açıb. İki ölkə arasında müxtəlif sahələrə dair 7 yol xəritəsi təsdiqlənib. Hazırda ölkəmizdə Rusiya kapitallı 1110-dək müəssisə fəaliyyət göstərir".

Ş.Mustafayev 44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə yeni əməkdaşlıq imkanlarının yarandığını söyləyib, bununla bağlı Rusiya tərəfindən 13 layihə təqdim edildiyini diqqətə çatdırıb.

Tarix
2021.12.16 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla